...

Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin 1-ci görüşü keçiriləcək

Siyasət Materials 2 May 2015 17:30 (UTC +04:00)
Azərbaycan Respublikasının Müdafiə naziri Ankara və İstanbul şəhərlərində keçiriləcək tədbirlərdə iştirak etmək üçün Türkiyə Respublikasına səfər edəcək.
Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin 1-ci görüşü keçiriləcək

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Müdafiə naziri Ankara və İstanbul şəhərlərində keçiriləcək tədbirlərdə iştirak etmək üçün Türkiyə Respublikasına səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 3-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə yola düşəcək.

Səfər çərçivəsində, mayın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vaxtanq Kapanadzenin iştirakı ilə Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcəkdir.

Görüşün məqsədi üç ölkənin dövlət başçılarının təşəbbüslərini əsas tutaraq hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional təhlükəsizlik məsələlərinin müzakirə edilməsi, o cümlədən bölgədə sabitliyin və təhlükəsizliyin, enerji daşıyıcıları, dəmiryolu xətti və digər regional layihələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində Silahlı Qüvvələrin qarşısında duran vəzifələrin müəyyənləşdirilməsindən və bu vəzifələrin həyata keçirilməsi üçün praktiki icra mexanizmlərinin təsbit edilməsindən ibarətdir.

Üç ölkənin Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşünün yekunlarına dair Protokolun imzalanması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti