...

Azərbaycan bölgələrində NATO-nun seminarları keçirilib

Siyasət Materials 8 May 2015 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir Cəmilə Əliyeva/

Azərbaycanın bölgələrində "Azərbaycan və NATO arasında avroatlantik təhlükəsizlik və əməkdaşlıq: keçmişin təcrübəsi və perspektivlər" mövzusunda seminarlar keçirilib.

Bu barədə Trend Rumıniyanın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.

Rumıniya səfirliyi, NATO Beynəlxalq Məktəbi, Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil edilən seminarlar Şəmkir, Mingəçevir və Bərdədə keçirilib.

Tədbirlərdə tələbələr, ali məktəblərin müəllimləri, eləcə də yerli icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Seminarlarda çıxış edən Rumıniyanın Bakıdakı səfiri Daniel Çiobanu Azərbaycanın bölgələrində NATO haqqında məlumatın yayılmasının vacibliyini qeyd edib: "Rumıniya səfirliyi azərbaycanlı gənclərin NATO-nun siyasəti və dəyərləri haqqında bilgilərinin artmasına xüsusi diqqət ayırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti