...

Prezident İlham Əliyev İndoneziyanın energetika və mineral ehtiyatlar nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 5 İyun 2015 14:21 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də İndoneziya Respublikasının energetika və mineral ehtiyatlar naziri Sudirman Saidin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev İndoneziyanın energetika və mineral ehtiyatlar nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də İndoneziya Respublikasının energetika və mineral ehtiyatlar naziri Sudirman Saidin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə İndoneziya arasında ikitərəfli münasibətlərin siyasi sahədə yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləmələrinin önəmini qeyd edib. Neft sektorunda əməkdaşlığı və eləcə də ölkələrimiz arasında böyük ticarət dövriyyəsinin mövcudluğunu münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev ikitərəfli əlaqələrin iqtisadi, enerji, ticarət və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Nazir Sudirman Said İndoneziya Respublikasının Prezidenti Coko Vidodonun salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə İndoneziyanın energetika və mineral ehtiyatlar naziri Sudirman Saidin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin iqtisadi, enerji, neft-qaz və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib, ikitərəfli əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolu xüsusi qeyd olunub.

Dövlətimizin başçısı İlham Əliyev Prezident Coko Vidodonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İndoneziya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti