...

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı ukraynalı deputatın çıxışını tənqid edib

Siyasət Materials 26 İyun 2015 15:13 (UTC +04:00)
Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov da Vladimir Aryevin bəyanatını tənqid edib.
Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı ukraynalı deputatın çıxışını tənqid edib

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov da Vladimir Aryevin bəyanatını tənqid edib.

Trend-in məlumatına görə, E.Məmmədov Ali Radanın spikeri V.B.Qroysmana müraciətində V.Aryevin hakimiyyət çevrilişi ilə bağlı çağırışını yolverilməz hesab edib: "Biz Ukraynadakı Azərbaycan diasporu adından Ali Radanın spikerinə müraciət göndərmişik. Müraciətdə V.Aryevin bəyanatının qınanılmasını tələb edirik. Ukraynada yaşayan azərbaycanlılar Maydan hadisələri zamanı Ukrayna xalqına dəstək olublar. Lakin bu o demək deyil ki, sıravi deputatlar Azərbaycanın daxili işlərinə qarışa bilər".

E.Məmmədov əlavə edib ki, Azərbaycan xalqı öz Prezidenti İlham Əliyevi dəstəkləyir: "Hesab edirik ki, V.Aryevin Azərbaycana qarşı hərəkətləri dost münasibəti deyil. Bu addım iki ölkə arasında münasibətlərin korlanmasına yönəlib. Bu səbəbdən Ali Radanın sədrindən deputat V.Aryevin hərəkətlərini təxribat kimi qiymətləndirməyi tələb edirik".

Qeyd edək ki, V.Aryev sosial şəbəkədə İrəvandakı aksiyaları nümunə gətirərək Azərbaycanda da bu cür xaos gözlənildiyi barədə bəyanatlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti