...

Sülhməramlılarımızın növbəti qrupu Əfqanıstana yola salınıb (FOTO,VİDEO)

Siyasət Materials 8 İyul 2015 13:37 (UTC +04:00)
Sülhməramlılarımızın bir qrupu Əfqanıstana yola salınıb.
Sülhməramlılarımızın növbəti qrupu Əfqanıstana yola salınıb (FOTO,VİDEO)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlkin İzzət/

Sülhməramlılarımızın bir qrupu Əfqanıstana yola salınıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 40 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti