...

Prezident İlham Əliyev İsrailin Azərbaycandakı səfirini qəbul edib

Siyasət Materials 24 İyul 2015 13:54 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Prezident İlham Əliyev İsrailin Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Trend-in məlumatına görə, Rafael Harpazın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə İsrail arasında əlaqələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirən dövlət başçısı gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Səfir Prezident İlham Əliyevə minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycan ilə bağlı xoş xatirələr onun qəlbində daim yaşayacaq.

Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti