Prezident İlham Əliyev Xızıda Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində iştirak edib (FOTO)

Prezident İlham Əliyev Xızıda Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Xızı rayonunda suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılaraq yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində iştirak edib.

Dövlət Neft Fondunun vəsaiti hesabına 2013-cü ildə "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsi çərçivəsində mühüm əhəmiyyət kəsb edən su elektrik stansiyası ilə birlikdə ümumi su tutumu 268 milyon kubmetr olan Taxtakörpü su anbarının, Taxtakörpü-Ceyranbatan və Vəlvələçay-Taxtakörpü kanallarının tikintisi müvəffəqiyyətlə başa çatdırılıb. 2014-cü il fevralın 5-də regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda Prezident İlham Əliyev Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə əlaqədar layihə zonasında yerləşən rayonlarda yeni suvarılan torpaqların müəyyən edilməsi üzrə tapşırıq verib. Həmin tapşırığın icrası ilə əlaqədar "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhimdar Cəmiyyətinin (ASC) sifarişi ilə Türkiyənin "Təməlsu" məsləhətçi şirkətinin hazırladığı, "Evrascon" ASC və "Körpü-Bina-Tikinti" MMC tərəfindən icra olunan layihələrə əsasən "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsi zonasında yerləşən Şabran rayonunda 14 min 38 hektar, Siyəzən rayonunda 6 min 972 hektar, Xızı rayonunda isə 9 min 609 hektar olmaqla cəmi 30 min 619 hektar yeni suvarılan torpaq sahələri müəyyən edilib. "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsi zonasında yerləşən yeni suvarılan torpaqlarda aparılacaq meliorativ tədbirlər Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilir.

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına layihə haqqında ətraflı məlumat verdi. Bildirdi ki, "Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi" layihəsinə daxil olan Xızı rayonu üzrə hazırlanan layihədə cəmi 12 min 579 hektar sahənin 9 min 609 hektarında meliorativ tədbirlər aparılmaqla yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və 2 min 970 hektarında mövcud əkin sahələrinin su təminatinin yaxşılaşdırılması nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyev Taxtakörpü-Ceyranbatan kanalından Xızı rayonunda yeni suvarılan torpaqlara suyun verilməsi qurğusunu işə saldı.

Dövlətimizin başçısına "Samur - Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinə daxil olan "Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi" layihəsi barədə ətraflı məlumat verildi. Diqqətə çatdırıldı ki, Xızı rayonu üzrə yeni suvarılacaq torpaq sahələrinə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar daxildir. Su yeni inşa olunan Taxtakörpü-Ceyranbatan və Samur-Abşeron kanallarından götürüləcək. Layihədə ümumi uzunluğu 269,7 kilometr, o cümlədən 200,3 kilometr qapalı və 69,4 kilometr açıq suvarma şəbəkələrinin tikintisi nəzərdə tutulur. Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 1150 hektar sahədə kollektor-drenaj şəbəkəsi layihələndirilib. Layihə 2014-cü ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət ekspertizasının rəyi ilə təsdiq edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2014-cü ilin iyul ayının 22-də Xızı rayonuna səfəri zamanı yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından rayonun yeni suvarılan torpaq sahələrinə suyun verilməsi və mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması üçün suburaxıcı qurğunun təməlinin qoyulması mərasimində iştirak edib və bu işlərin vacibliyini nəzərə alaraq, onların sürətləndirilməsi üçün müvafiq tapşırıqlarını verib. "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu tapşırıqların vaxtında icrasının təmin edilməsi üçün Dövlət Neft Fondunun vəsaiti hesabına 2014-cü ildən 3 min 396 hektar torpaq sahələrində kompleks meliorativ tədbirlərin həyata keçirilməsinə başlanılıb və işlər bu ilin avqust ayında tamamlanıb. Yeni istifadəyə veriləcək 3 min 84 hektar torpaq sahəsinin 514 hektarı dövlət, 1715 hektarı bələdiyyə və 855 hektarı xüsusi mülkiyyətdədir. Bu torpaqların 170 hektarında ABŞ istehsalı olan, ən son texnologiyalara əsaslanan yağış üsulu ilə suvarma sistemi quraşdırılıb. Bu sistem respublikada təbii təzyiq hesabına çiləmə aparan yeganə sistemdir.

Bildirildi ki, Xızı rayonunda bu ilin sonunadək əlavə olaraq 3 min 715 hektar, o cümlədən 2 min 315 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1400 hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə meliorativ tədbirlərin başa çatdırılması nəzərdə tutulur. Bununla da 2015-ci ildə Xızı rayonu üzrə 7 min 111 hektar, o cümlədən 5 min 399 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1712 hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması təmin ediləcək. 2016-cı ildə isə layihənin başa çatdırılması üçün Xızı rayonunda 5 min 468 hektar ərazinin su təminatının yaxşılaşdırılması işləri həyata keçiriləcək. Yeni suvarılacaq torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 1150 hektarda kollektor-drenaj şəbəkəsinin tikintisi nəzərdə tutulub.

Prezident İlham Əliyev yaradılmış imkanlardan səmərəli istifadə edilməsi, növbəti layihələrin vaxtında və uğurla icra olunması ilə bağlı müvafiq nazirliklərin və qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi.

AccessBank tender elan edir
AccessBank tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
Loading Bars
Xəbər lenti
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır
"Instagram"ın işində fasilələr yaranıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Yaşıl Marafon" çərçivəsində ağacəkmə aksiyasında iştirak edib (FOTO)
Putin və Bayden arasında keçiriləcək görüşün vaxtı məlum olub
Gürcüstanda zəlzələ baş verib
Şabranda quşçuluq sexində yanğın olub
Azərbaycan Ermənistandan azad edilmiş ərazilərin mina xəritələrini əldə edib
Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı genişlənir (FOTO)
Gömrükçülər növbəti dəfə "Yaşıl Marafon" genişmiqyaslı ağacəkmə tədbirlərində iştirak ediblər (FOTO)
Yaşadıqları ünvanı tərk edən 2 koronavirus xəstəsi aşkarlanıb (FOTO)
Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
"Yaşıl Marafon" çərçivəsində genişmiqyaslı ağacəkmə tədbirləri davam edir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Xəzər rayonunda növbəti ümumrayon iməcliyi keçirildi (FOTO)
Azərbaycanda 1 406 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Ombudsmanın İtaliyaya səfəri İtaliya mətbuatında geniş işıqlandırılıb
Londonda Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib (FOTO)
Avropa ölkələri Əfqanıstanda ümumi diplomatik missiya aça bilər
İranda ötən sutka daha 58 nəfər koronavirusdan ölüb
Bitkoin 20 faizə yaxın ucuzlaşıb
Güləş Federasiyasının ofisindən içərisində 63 min manat olan dəmir seyf oğurlanıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev Tailand və Finlandiyanın dövlət başçılarını təbrik edib
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi
Xaçmazın icra başçısı Elnur Rzayev problemlərlə yerində tanış olub (FOTO)
Komando hərbi hissəsində taktiki təlim keçirilib (FOTO/VİDEO)
“Yevlax Pilot Aqropark”ın açılışı olub (FOTO)
Stokholmda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmamasının səbəbi açıqlanıb
Dövlət Komitəsinin sədri Londonda Lordlar Palatasının üzvləri ilə görüşüb
Əlillərin cəmiyyətə inteqrasiyasının qarşısını alan maneələr aradan qaldırılmalıdır - Ombudsman Aparatı (FOTO)
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
40-a yaxın əlil kurort və müalicə mərkəzlərinə göndərilib
Qəbiristanlıqlardan oğurluq edənlər saxlanılıblar (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 280 mini keçib
Sosial reabilitasiya layihəsinə 6200 uşaq cəlb edilib (FOTO)
Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Bakıda kafe və aptekdən oğurluq edilib
İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək - İranın sabiq səfiri
2021-ci ilin son Günəş tutulması başlayıb (VİDEO)
Təbii qaz "omikron" ştammına görə ucuzlaşa bilər
Bazar günü hava yağmursuz keçəcək, 15 dərəcəyədək isti olacaq
Salyanda işlədiyi mağazadan 63 min manat pul oğurlayan şəxs saxlanılıb
Goranboyda evdən çıxan koronavirus xəstəsi məsuliyyətə cəlb edilib
Zərdabda toy sahibi cərimələnib
Zəngilanın Ağalı kənd sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq (FOTO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ÜST ilə əməkdaşlıq memorandumu imzalayır (VİDEO)
Qazilər hansı halda müalicə üçün xaricə göndərilir?
Qusarda ev yanıb, bir nəfər ölüb
Dostumun atasını FHN hospitalına yerləşdirmək üçün 3 min manat istədilər - Məhkəmə
Qadın sərnişinlərə əxlaqsız təklif edən taksi sürücüləri ilə bağlı araşdırmalara başlanıldı
Azərbaycan nefti bahalaşıb
Həbsxanadan çıxandan 15 dəqiqə sonra avtomobil qaçırtdı (FOTO/VİDEO)
XİN-də işə qəbulla bağlı imtahanda iştirak üçün tarif müəyyənləşib
Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı XVIII Türk Kolon və Rektal Cərrahiyyə Konqresində iştirak edir (FOTO)
Ötən gün 105 nəfər COVID pasportu olmadığına görə toya buraxılmayıb
Lənkəranda koronavirus xəstəsi çayxanada aşkarlanıb
Hacıqabulda evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Ordunun Təlim və Tədris Mərkəzində seminar keçirilib (FOTO)
bp-nin azad olunmuş ərazilərdə tikəcəyi elektrik stansiyasının investisiya dəyəri açıqlanıb
"Omikron" ştammı ABŞ-ın 10 ştatında aşkar edilib
Helikopter qəzasında yaralanan hərbçilərin vəziyyəti açıqlanıb
Suraxanıda üçmərtəbəli evdə yanğın olub
Bakıda mənzildə naməlum meyit tapılıb
Oğuzda "Kia" yanıb
Binəqədidə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Zaqatalada qapalı məkanlarda və ictimai nəqliyyatda reyd keçirilib, 30-a yaxın şəxs cərimələnib (FOTO/VİDEO)
Türkiyənin ixrac etdiyi məhsullarda "Made in Turkey" ifadəsi istifadə olunmayacaq
Fransa koronavirusun yayılmasında mübarizə üçün sərhəd nəzarətini gücləndirir
Türkiyə istehsalı olan hərbi texnikanın ixrac edildiyi bazarlar sırasında Azərbaycan ilk üçlükdədir
"Twitter" şirkəti yenidən təşkil olunacaq
İqlim dəyişikliyi ilə mübarizə üçün 10 trilyon dollara qədər vəsait tələb olunacaq - Kristalina Georgiyeva
Fransa və Qətər Əfqanıstana 40 tona yaxın humanitar yardım çatdırıb
BVF rəhbəri "omikron" ştammının dünya iqtisadiyyatının bərpası tempinə təsirini qiymətləndirib
İsveçrə və Belçika koronavirusla bağlı məhdudiyyətləri sərtləşdirəcək
Rusiya Azərbaycanın 12 müəssisəsindən pomidor və alma idxalına icazə verəcək
BMT-nin Baş katibi "omikron" ştammına görə ölkəyə giriş məhdudiyyətlərini səmərəsiz adlandırıb
"Honda" şirkəti 790 minə yaxın avtomobili geri çağırır
ABŞ dövlət katibi Bayden ilə Putinin "ən yaxın gələcəkdə" danışacağını açıqlayıb
Ən məhsuldar smartfonun adı məlum olub
Koronavirusun "omikron" ştammı 38 ölkədə aşkar edilib - ÜST
Türkiyə prezidenti Soçidə keçirilən üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırılıb
Mingəçevir Dövlət Universitetində təhsil tələbə krediti ilə bağlı infosessiyalar keçirilib (FOTO)
AQTA daha 5 müəssisədə pozuntular aşkarlayıb
Bakıda çoxmərtəbəli binada yanğın olub, ölən var
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Hamı üçün layiqli iş - heç kim kənarda qalmasın” mövzusunda konfrans keçirilib (FOTO)
Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə”lər seçilib (FOTO)
MDU-da “Tələbə Mediası” layihəsinin iştirakçıları ilə görüş olub
UNEC İqtisadi Forumunun sonuncu paneli: Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya (FOTO)
Ombudsman nümayəndəsi Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
“BakuBus” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans keçiriləcək
Ərdoğan və Putin Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər
Tikinti-Təchizat Birliyi MMC-nin saxlanılması xərcləri müəyyənləşib
Dayanıqlı maliyyəni təmin etmək üçün alternativ maliyyə mənbələri vacibdir - Orxan Məmmədov
Xəzər dənizində insan qalıqları aşkarlanaraq sudan çıxarılıb - SOCAR
Heydər Əliyev Fondu ilə UNICEF arasında növbəti Anlaşma Memorandumu imzalanıb (FOTO)
Ombudsman İtaliyada bir sıra rəsmi görüşlər keçirib (FOTO)
Bakıda şantaj yolu ilə qızı intihara vadar edən oğlan həbs edildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 703 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb
Bütün xəbərlər