...

XİN: Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün təzahürlərini qəti şəkildə pisləyir

Siyasət Materials 14 Noyabr 2015 10:43 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Paris şəhərində törədilmiş və çoxsaylı insan itkisinə və yaralanma hallarına səbəb olmuş dəhşətli terror aktlarını qəti şəkildə qınayır.
XİN: Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün təzahürlərini qəti şəkildə pisləyir

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Paris şəhərində törədilmiş və çoxsaylı insan itkisinə və yaralanma hallarına səbəb olmuş dəhşətli terror aktlarını qəti şəkildə qınayır.

Trend-in məlumatına görə, XİN-in açıqlamasında deyilir: "Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və dost Fransa xalqı ilə həmrəyliyimizi bir daha bildiririk. Həmçinin yaralananların tezliklə şəfa tapmasını diləyirik".

XİN bəyan edir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qəti şəkildə dəstəkləyir.

Qeyd edək ki, Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti