Mübariz Əhmədoğlu: Ermənistan prezidenti S.Sərkisyan obyektiv qanunauyğunluqları inkar edir

Mübariz Əhmədoğlu: Ermənistan prezidenti S.Sərkisyan obyektiv qanunauyğunluqları inkar edir

Bakı. Trend:

Ermənistan cəmiyyətində baş verənlərin heç də hamısına ciddi siyasi analitik prizmadan yanaşmaq mümkün deyil. Misal üçün, S.Sərkisyan ilin ortasında Fransanın Kann şəhərində keçirilən musiqi sənayesinə həsr olunmuş sərgidə (MİDEM) iştirak etdi. Ermənistanın qarşısında dayanan məqsədlər, problemlər fonunda ölkə prezidentinin başqa ölkədə musiqi sənayesi ilə maraqlanması yalnız erməni məntiqi ilə izah oluna bilər.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O qeyd edib ki, ola bilər, S.Sərkisyanın belə səfərlərini təşkil edən şəxslər prezidentə "ayı xidməti" göstərirlər: "Çünki S.Sərkisyan əlavə də bir neçə dəfə xaricdə belə sərgilərdə və ya tədbirlərdə iştirak etdi. Bu tədbirlərdə iştirakı zamanı həmin dövlətin heç bir yüksək çinli rəsmisi S.Sərkisyanla görüşmədi. "Erməni soyqırımı"nın 100 illiyinin qeyd olunması S.Sərkisyanın siyasi sövdələşmə bacarığını nümayiş etdirdi. S.Sərkisyan və onun ətrafı üç illik fəaliyyətdən sonra başa düşdülər ki, "erməni soyqırımı"nın 100 illiyini öz arzuladıqları kimi reallaşdıra bilməyəcəklər. Bu həqiqətən də belə oldu. Cəmi üç prezident "erməni soyqırımı" tədbirlərində iştirak etmək üçün Yerevana gəlmişdi. Amma S.Sərkisyanın Vatikanla sövdələşməsi "erməni soyqırımı"nın 100 illiyinin qeyd olunmasında müəyyən dönüş yarada bildi: Avroparlament yenidən "erməni soyqırımı" mövzusunda qətnamə qəbul etdi; Bir sıra dövlətlər "erməni soyqırımını" tanıdılar. S.Sərkisyanın Vatikanla sövdələşməsi sinusoidal oldu: Yaxın Şərqdə xristianların təhlükəsizliyinin təminində Türkiyənin roluna görə Vatikan "erməni soyqırımı" mövzusundan kənarlaşmışdı. S.Sərkisyan erməni katoliklərinin başçısı XIX Nerses vasitəsilə Roma papası Fransisklə sövdələşməyə getdi; "Vatikan "erməni soyqırımı"nın tanınmasına yeni stimul verən bəyanat verir, bunun əvəzində S.Sərkisyan Ermənistanda rus şəhəri hesab edilən Gümrüdə Cənubi Qafqaz və Şərqi Avropa üçün koordinator rolu oynayan katolik kilsə tikdirir və fəaliyyətə başlayır. S.Sərkisyanın katolik kilsə istifadəyə verildikdən sonra atdığı addımın Rusiyaya qarşı tarixi həqarət və təhlükə olduğu başa düşüldü".

Politoloq qeyd edib ki, buna görə o, Ermənistanda katolik radiosunun rəhbərini həbs etdirdi: "Ümid edir ki, onun mesajları lazımi yerlərdə lazımı qaydada qəbul ediləcək. "Erməni soyqırımının" tanınmasında S.Sərkisyanın sinusoidal mövqeyinin daha bir nümunəsi Rusiya və ABŞ-ın "erməni soyqırımı"na münasibətinə münasibətlə bağlıdır. Kəsab hadisələri zamanı Rusiya hətta yeni "erməni soyqırımı" tezisini dövriyyəyə buraxdı. S.Sərkisyan bundan imtina etdi. ABŞ-a "erməni soyqırımının" 100 illiyini qeyd etməklə müraciət etdi. Ermənistan prezidenti S.Sərkisyan kilsə ilə xristianlıqla çox məşğul oldu. İndi bəlli oldu ki, kilsə oliqarxlaşıb, şərəfsizləşib. Ölkədə mənəviyyatsızlıq hökm sürür. Erməni Apostol kilsəsinin başçısı II Qaregin bank hesabında bir milyon dollar pulu olduğu halda, qışda Suriyada çörək və yanacaq tapa bilməyən ermənilərə bunun cəmi 25 min dollarını göndərdi".

M.Əhmədoğlu deyib ki, Ermənistanın şahmat komandası və məşhur şahmatçıları qələbə üzünə həsrət qalıblar: "Şahmat Federasiyasının prezidenti olan prezident S.Sərkisyanın bu sahədə xahişi digər dövlət başçıları arasında ciddi qəbul edilmir. S.Sərkisyan və onun ətrafı Qarabağ məsələsində də ciddi layihələr reallaşdırdı. Yenilənmiş Madrid prinsiplərinin unudulması, Madrid prinsiplərinin aktuallaşması istiqamətində layihələrinə Böyük Britaniya və Avropanın digər tanınmış təşkilatlarını və ekspertlərini də qoşa bildilər. Amma bütün bunlar nəticəsiz başa çatdı".

Mərkəz rəhbəri vurğulayıb ki, hərbi sahəyə S.Sərkisyanın Azərbaycana cavab verməli yeganə silahı ritorikadır: ""Azərbaycan tərəfinin bu addımı cavabsız qalmayacaq" cümləsi erməni hərbçilərinin sloqanına çevrilib. Serj Sərkisyanın KTMT sammitindəki son çıxışını da yalnız S.Sərkisyan məntiqi izah edə bilər. Hətta erməni məntiqi bu məsələdə acizdir. Rusiyanın Azərbaycana satdığı silahların siyahısı bəllidir. Atəşkəs rejiminin pozulmasının da səbəbi S.Sərksiyana bəllidir. Əgər S.Sərkisyan Dağlıq Qarabağ münaqişəsi regionunda Türkiyə raketlərinin istifadə olunmasının əleyhinədirsə və atəşkəs rejiminin pozulmasının mənbəyini aradan qaldırmaq niyyətində deyilsə, deməli o Dağlıq Qarabağ münaqişəsi regionunda Rusiya silahlarının tətbiqinə çalışır. Rusiyanın Azərbaycana satdığı "smerçlər", "TOS-1A"-lar Türkiyənin raketlərindən qat-qat güclüdür".

M.Əhmədoğlu bildirib ki, Türkiyə silahını işlətməyən Azərbaycan Rusiya silahını istifadə etməyə məcburdur: "S.Sərkisyanın Rusiya silahlarının Dağlıq Qarabağ münaqişəsi regionunda tətbiqinə çalışmasının səbəbi yalnız onun özünə bəllidir. Görünür, Rusiyanı tənqid obyektinə çevirmək istəyir. Normal məntiqlə başqa versiya tapmaq mümkün deyil. Sünik vilayətinin qubernatoru Surik Xaçatryan ilin adamı oldu. S.Sərksiyan aşkar şəkildə ondan çəkinir. S.Xaçatryan S.Sərkisyanın keçmişi barədə təflisatlı məlumatlara malikdir, S.Sərkisyanın nəslində azərbaycanlıların rolu barədə məlumatların yayılması S.Sərkisyana və onun gələcək perspektivlərinə öldürücü zərbə vura bilər. Ona görə, S.Sərksiyan S.Xaçatryanın bütün nazına dözməyə məcburdur. Hətta, V.Şirxanyanın həbsini də S.Xaçatryanla əlaqələndirmək mümkündür".

Politoloq qeyd edib ki, terror hadisəsinə görə həbs olunan Ermənistan müdafiə nazirinin keçmiş müavini V.Şirxanyan S.Xaçatryanın oğlunun növbəti ajiotajlı quldurluğu zamanı S.Xaçatryanın 1992-ci ildəki "döyüş qəhrəmanlıqları" barədə açıqlama vermişdi. Ermənistan prezident Administrasiyasının rəhbəri Vigen Sərkisyan da ilin adamı hesab edilə bilər. Amma onun irəliləməsi yalnız Surik Xaçatryanla toqquşana qədərdir. S.Sərkisyan siyasətdə, iqtisadiyyatda obyektiv qanunauyğunluqları inkar edir. Hər şeydə özünə müstəsna hal kateqoriyası ilə yanaşır: Siyasətdə obyektiv qanunauyğunluq budur, amma Ermənistana tətbiqində müstəsna hal yaranacaq; İqtisadi və hərbi baxımdan güclü dövlət qalib gəlir. Azərbaycan iqtisadi və hərbi baxımdan Ermənistandan güclüdür. Amma Ermənistan qalib gələcək, çünki müstəsna haldır. Və s."

M.Əhmədoğlu hesab edir ki, Ermənistan prezidenti S.Sərkisyanın bütün davranışı teatrallaşdırılmış davranışdır: "O teatr ki, onun aktyoru cəmi bircə nəfərdir. O da S.Sərkisyanın özüdür. İndi S.Sərksiyan həmin teatrın həm də rejissorudur. S.Sərkisyanın aktyorluğu həmin teatrın rejissorluğunu V.Sərkisyana və ya S.Xaçatryana keçənədək davam edəcəkdir. Yeni Konstitusiyanın fəaliyyəti dövründə müdafiə naziri və hakim partiyanın lideri statusunda Ermənistanı idarə etmək arzusunun reallaşması da təkcə özündən asılı deyil. Burada çox şey Rusiya erməniləri İttifaqının sədri Ara Abramyandan asılıdır".

Dövlət Turizm Agentliyinin səlahiyyətləri artırılıb
Dövlət Turizm Agentliyinin səlahiyyətləri artırılıb
Gəncədə istintaq təcridxanasında saxlanılan yetkinlik yaşına çatmayan şəxslərlə görüş keçirilib
Gəncədə istintaq təcridxanasında saxlanılan yetkinlik yaşına çatmayan şəxslərlə görüş keçirilib
Terrorizmlə bağlı məqalələrin aşkarlanması üçün yeni metod hazırlanıb
Terrorizmlə bağlı məqalələrin aşkarlanması üçün yeni metod hazırlanıb
Loading Bars
Xəbər lenti
Ermənistan hərbçilərinin meyitini və vətəndaşlarını təhvil almaq istəmir - Dövlət Komissiyası (FOTO)
Ermənistan müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkmir - Ombudsman
Ötən sutka ərzində düşmən humanitar atəşkəs rejimini dəfələrlə pozub - Müdafiə Nazirliyi
Ermənistan döyüş bölgəsində qalan hərbçilərinin cəsədlərinə də sahib çıxmır - Prezidentin köməkçisi
Ermənistan tərəfinin humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil - Hikmət Hacıyev
Azərbaycan XİN Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı məlumat yaydı
27 ildən sonra işğaldan azad edilən bölgələrin xəbərini almaq bizi çox xoşbəxt edir - Ömər Çelik
Ermənistanın ağır artilleriya zərbələri nəticəsində Bərdədə 5 fərdi evə ciddi ziyan dəyib - FHN (FOTO/VİDEO)
Dönüş: Sabaha qalmayan qisas
Dağlıq Qarabağda sülh şəraitinə qayıtmaq ətraf mühitə ziyanın qarşısını alacaq - UNEP
Dövlət Turizm Agentliyinin səlahiyyətləri artırılıb
Ermənistan ordusu tərəfindən Bərdəyə kasetli raketlər atılıb - Hikmət Hacıyev (FOTO)
İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir - Rauf Əliyev
Azərbaycan Ordusu yeni dövrün yeni tarixini yazır - Deputat
Prezidentə yazırlar: Cəbhədə şanlı Ordumuzun şücaəti, siyasi arenada Sizin qətiyyətiniz, iradəniz hər birimizi qürurlandırır
İran Qarabağ münaqişəsi ilə əlaqədar planını tərəflərə açıqlayacaq – Zərif
Çavuşoğlu və Lavrov Qarabağdakı vəziyyəti müzakirə edib
Ermənistan rəhbərliyinin uşaq öldürmək siyasəti davam edir - Hikmət Hacıyev
Baş Prokurorluq Bərdədə erməni terroru nəticəsində ölənlərin adlarını açıqladı
Ermənistanın Bərdəyə raket atəşi nəticəsində ölənlərin sayı 4-ə çatıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Bərdədə həlak olanlardan biri 8 yaşlı uşaqdır
Avstraliyada Gəncə terroru qurbanlarının xatirəsi yad edilib (FOTO)
Ermənistanın Bərdəyə raket atəşi nəticəsində qadın və uşaqlar da yaralanıb - Hikmət Hacıyev
Gəncədə istintaq təcridxanasında saxlanılan yetkinlik yaşına çatmayan şəxslərlə görüş keçirilib
Oktyabrın 28-də manatın dollara qarşı məzənnəsi
Qubada sağalmadan evdən çıxan COVİD-19 xəstəsi barədə araşdırma başlayıb
Goranboy, Tərtər və Bərdə rayonlarının əraziləri atəşə tutulur
Tehran Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olmağa hazırdır
Terrorizmlə bağlı məqalələrin aşkarlanması üçün yeni metod hazırlanıb
Ermənistan rəhbərliyi doğrudan da sülh istəyirsə, öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağa başlasın - Ceyhun Bayramov
Ermənistan Dağlıq Qarabağ münaqişəsinə üçüncü tərəfləri cəlb etməyə çalışır - Fuad Muradov (FOTO/VİDEO)
Ermənistanın hərbi itkiləri 2,7 milyard dolları keçdi - İNFOQRAFİKA (FOTO)
İran Xudafərin və Qız Qalası hidroqovşaqlarından istifadə ilə əlaqədar danışıqlara hazırdır
Azərbaycanın işğaldan azad edilmiş əraziləri ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirəcək
Boykot çağırışı Türkiyə iqtisadiyyatına ciddi təsir etmək imkanında deyil - Vüsal Qasımlı
Ermənistan bu müharibəyə uzun müddət dayana bilməyəcək, iflas edəcək - İİTKM
Qondarma rejimin "müdafiə naziri" belə məhv edildi (VİDEO)
Erməni tankları ermənilərə qarşı (FOTO)
Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün daha bir dəstək layihəsi
İnsanların yarısı maskanı çənəsində gəzdirir - TƏBİB rəsmisi
Ermənistanda Paşinyanın istefası tələb olunur
Ermənistanın itirdiyi hərbi texnika və sursatı bərpa etməyə 25 il vaxt lazımdır - Vüsal Qasımlı (FOTO)
Döyüşlər başlayandan Ermənistanın hərbi itkilərinin dəyəri açıqlanıb
Hikmət Hacıyev “Al Jazeera” kanalına müsahibə verib (VİDEO) (ƏLAVƏ OLUNUB)
“Euronews” əməkdaşlarına hücum bir daha Ermənistanın simasını göstərir - XİN (VİDEO)
Dağlıq Qarabağ üzrə danışıqlarda istənilən ölkənin iştirakı üçün Bakı və Yerevanın razılığı vacibdir - Peskov
FHN dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Lüksemburqda erməni vandalizminə qarşı etiraz aksiyası keçirilib (FOTO)
Azərbaycana təzyiqlər göstərilsə də Prezident İlham Əliyev haqq yolunda mübarizəsindən dönmədi - Politoloq
KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub (FOTO)
Vətəndaşların nəzərinə: “WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir (FOTO)
Qarabağ Azərbaycana aiddir – İranın nüfuzlu din xadimi
42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb
“Azərenerji” arxa cəbhədə gücünü səfərbər edib (VİDEO)
II Qareginin müharibə çağırışı heç bir dini çərçivəyə sığmır - Robert Mobili
BSU-nun kollektivi Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinə müraciət edib
Baş prokuror Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb
Əli silahlı erməni "din" adamları - Erməni kilsəsi qan və terror istəyir (FOTO)
Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub, 283 nəfər sağalıb, 9 nəfər vəfat edib
İranda sutka ərzində 7 minə yaxın şəxs koronavirusa yoluxub
180 min manat gecikdirilmiş ödənişlərin işçilərə ödənilməsi təmin edilib
Fransanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
Ermənistan ordusunda qan çatışmazlığı müşahidə olunur
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Rusiyada ikinci koronavirus vaksininin istehsalı başlayıb
Mətbuat Şurası “Euronews”un çəkiliş qrupunun Ermənistan tərəfindən atəşə tutulması ilə bağlı müraciət yayıb
Ermənistan əks-kəşfiyyat idarəsinin rəisi işdən çıxarılıb
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin yeni siyahısını açıqlayıb
Yaralandı, amma silahdaşlarını döyüş meydanında tək buraxmadı (VİDEO)
Ermənistan işğal altında saxladığı ərazilərdə narkotik əkib-becərməklə məşğul olub - Nazir müavini
Ermənistanın təxribatları danışıqları mənasız edir - Deputat
Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır - Deputat
İlahiyyat İnstitutunun rektoru Beynəlxalq Forumda iştirak edib (FOTO)
Ermənistan sərhəd qoşunlarının itkilərini açıqlayıb
Zəngilan və Qubadlı rayonları strateji vacib ərazilərimizdir - Millət vəkili
SOCAR AQS-yə yeni baş direktor təyin edilib
Neft Fondunun yanvar-sentyabr ayları üzrə gəlir və xərcləri açıqlanıb
Ermənistanın Gəncəyə raket hücumu nəticəsində həlak olanların xatirəsi Belarusda yad edilir (FOTO)
Məşhur rusiyalı müğənni koronavirusa yoluxub
Ermənistan KTMT-də “Troya atı” rolunu oynayır - Türkiyə hökuməti
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb
Azərbaycan ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edib - TAM SİYAHI
İran xarici işlər nazirinin müavini Azərbaycana gəlir
İşçilərin icbari tibbi sığortasını işəgötürən təmin edəcək - Parlament təsdiqlədi
Azərbaycanı, onun hüquqi haqqını dəstəkləyirik - Pakistan səfiri
Trampın seçki kampaniyasında Gəncə terroruna etiraz edildi (FOTO)
Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur - MN
Sabahın hava proqnozu açıqlanıb
Rusiyada rekord sayda koronavirus xəstəsi öldü
Ermənistanda xidmət edən hər bir rusiyalı əsgər, bir erməni əsgərinin Dağlıq Qarabağa yollanmasına imkan yaradır
Londonda Consonun ofisi qarşısında Gəncə terroruna etiraz edilib
Azərbaycan Mərkəzi Bankına yeni səlahiyyət verilir
Paşinyanın məşhur “Kokeyşn Büro”su və tarixi həqiqətlər (SƏNƏD)
Ermənistanda idarəçilik mexanizmi ciddi problemlə üz-üzədir
Virusa karantin qaydalarına riayət etməklə qalib gələ bilərik - DİN-dən müraciət
Ermənilərə silah yardımı göstərmək ikiüzlülük və xainlikdir - Devlet Bahçeli
Artıq hamımız köç əhval-ruhiyyəsindəyik - Qubadlı sakini - FOTO
Azərbaycan nefti ucuzlaşır
Başıaşağı erməni zabitləri - Bunkerdə keçirilən iclas (FOTO)
Azərbaycan apardığı mübarizədə Ermənistan və tərəfdarları ilə üz-üzədir - Deputat
Bütün xəbərlər