Bakı. Orxan Quluzadə - Trend:
Balkan, Qafqaz və Yaxın Şərqdəki münaqişə regionları ilə qonşu olan Türkiyə münaqişələrin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır və ölkələrin ərazi bütövlüyü prinsipini dəstəkləyir. Bunu Trend-in Türk Xəbərlər Xidmətinə eksklüziv müsahibəsində Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz deyib.
Onun sözlərinə görə, əgər tərəflər münaqişəni sülh yolu ilə həll etmirsə, Türkiyə onun tənzimlənməsi üzrə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir.
Nazir qeyd edib ki, Ankara dostluq və əməkdaşlıq əsasında bütün ölkələrlə münasibətləri ikitərəfli və çoxtərəfli qaydada dəstəkləyir.
İ.Yılmaz əlavə edib ki, Ankaranın müdafiə siyasəti müəllifi Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün olduğu "Yurdda sülh, cahanda sülh" doktrinasına əsaslanır.