...

Bakıda NATO-Azərbaycan əməkdaşlığı müzakirə olunacaq

Siyasət Materials 3 Mart 2016 16:43 (UTC +04:00)
Bakıda NATO-nun qarşıdakı Varşava sammitinə həsr edilmiş konfrans keçiriləcək.
Bakıda NATO-Azərbaycan əməkdaşlığı müzakirə olunacaq

Bakı. Anaxanım Hidayətova - Trend:

Bakıda NATO-nun qarşıdakı Varşava sammitinə həsr edilmiş konfrans keçiriləcək. Bu barədə Trend Rumıniyanın Bakıdakı səfirliyinə istinadən məlumat verir.

Konfrasda Varşava sammiti baxımından Azərbaycan və NATO arasında əməkdaşlığın vacibliyi müzakirə olunacaq.

"NATO-nun Varşavada sammiti: imkanlar və gözləntilər" tədbirində Azərbaycan Prezident Administrasiyasının nümayəndələri, Azərbaycan nazirləri və deputatları, NATO-nun rəsmi şəxsləri, Alyans ölkələrinin hərbi attaşeləri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti