Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan bir sıra beynəlxalq konvensiya və sazişlərə qoşulub.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası"na və "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş"ə, Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna, Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə, "Poçt ödəniş xidmətləri haqqında" Sazişə qoşulmaq haqqında məsələ müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra Azərbaycanın yuxarıda qeyd olunan sənədlərə qoşulması təsdiq edilib.