...

Prezident İlham Əliyev Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiçi qəbul edib (FOTO)

Siyasət Materials 9 Mart 2016 13:29 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçi qəbul edib.
Prezident İlham Əliyev Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiçi qəbul edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçi qəbul edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun önəmi vurğulanıb.

Forumun gündəliyinin geniş sahələri, o cümlədən energetika, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, qaçqınlar, dinlərarası əməkdaşlıq və digər sahələri əhatə etməsinin aktual məsələlərin geniş müzakirəsi baxımından yaxşı imkan yaratdığı və tədbirin artıq mühüm beynəlxalq Foruma çevrildiyi qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti