Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Elektrik Enerjisi mübadiləsi zamanı yaranan borcların ödənilməsi ilə bağlı protokolu təsdiqləyib. Bu barədə Trend "Resmi Gazete"yə istinadən məlumat verir.
Məlumata əsasən, protokol 2012-ci ilin yanvar ayında Ankarada Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanıb.
Protokolun təsdiq edildiyi gündən qüvvəyə mindiyi bildirilir.