...

Deputat: Prezident İlham Əliyevin nüvə sammitinə dəvət olunması ölkəmizin nüfuzundan xəbər verir

Siyasət Materials 29 Mart 2016 18:56 (UTC +04:00)
Prezident İlham Əliyevin ABŞ-da keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzdan xəbər verir.
Deputat: Prezident İlham Əliyevin nüvə sammitinə dəvət olunması ölkəmizin nüfuzundan xəbər verir

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin ABŞ-da keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzdan xəbər verir. Bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib

A.Mirzəzadə bildirib ki, Prezident İlham Əliyevin bu sammitə məhz ABŞ Prezidenti tərəfindən dəvət edilməsi Azərbaycanın dövlətçiliyinə verilən qiymətdir: "Bu sammit dünyanın nüfuzlu dövlətlərinin rəhbərlərinin təhlükəsizliklə bağlı mövqelərini öyrənən xüsusi əhəmiyyətli bir tədbirə çevrilib. Barak Obama tərəfindən Azərbaycan Preizdentinə dəvət göndərilməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı dövlətçilik nüfuzundan, onun iqtisadi inkişafına verilən qiymətdən xəbər verir. Bu, Azərbaycanın beynəlxalq aləmdə təhlükəsizliyə verdiyi töhfənin qiymətləndirilməsidir".

Deputat hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sammitə dəvət edilməsi ilə Azərbaycan müstəqil bir dövlət kimi beynəlxalq aləmdə nüfuza malik olduğunu bir daha təsdiq etdi.

A.Mirzəzadə əlavə edib ki, Azərbaycanın bu sammitə dəvət edilməsi Birləşmiş Ştatlardakı erməni diaspor təşkilatlarının apardığı antiazərbaycan kampaniyasına Ağ Evin qəti mövqeyini göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti