...

Millət vəkili: İlham Əliyevin nüvə sammitində iştirakı Azərbaycanın regionda önəmli roluna müsbət təsir göstərəcək

Siyasət Materials 30 Mart 2016 15:43 (UTC +04:00)
Prezident İlham Əliyevin Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi çox əhəmiyyətli bir hadisədir.
Millət vəkili: İlham Əliyevin nüvə sammitində iştirakı Azərbaycanın regionda önəmli roluna müsbət təsir göstərəcək

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi çox əhəmiyyətli bir hadisədir. Bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Əliyev deyib.

Millət vəkili bildirib ki, Azərbaycan bu gün nəinki regionda, hətta dünyada ciddi bir partnyor kimi qəbul edilən ölkədir: "Bu həm də onun göstəricisidir ki, sülhün, sabitliyin qorunmasında, dünyada enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu böyük və əhəmiyyətlidir. Azərbaycanda gedən yüksək iqtisadi inkişaf, demokratik proseslər ölkəni dünyada əhəmiyyətli bir dövlətə çevirib".

B.Əliyev qeyd edib ki, bu gün Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında strateji, qarşılıqlı əməkdaşlıq səviyyəsində münasibətlər qurulur: "Hesab edirəm ki, dövlət başçısının bu səfəri qarşılıqlı münasibətlərə, Azərbaycanın regionda önəmli roluna öz müsbət təsirini göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti