...

Siyavuş Novruzov: Prezident İlham Əliyevin ABŞ səfəri yeni mərhələnin başlanğıcıdır

Siyasət Materials 1 Aprel 2016 14:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Barak Obamanın dəvəti ilə IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etməsi və ABŞ-da keçirdiyi ikitərəfli görüşlər iki ölkə arasında yeni mərhələnin başlanğıcıdır.
Siyavuş Novruzov: Prezident İlham Əliyevin ABŞ səfəri yeni mərhələnin başlanğıcıdır

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Barak Obamanın dəvəti ilə IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etməsi və ABŞ-da keçirdiyi ikitərəfli görüşlər iki ölkə arasında yeni mərhələnin başlanğıcıdır".

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Prezident İlham Əliyev ilə ABŞ dövlət katibi arasında ikitərəfli görüş xüsusi qeyd edilməlidir.

YAP rəsmisi vurğulayıb ki, Prezident İlham Əliyev və dövlət katibi Con Kerri tərəfindən verilən bəyanatlarda çox mühüm məsələlər qeyd edildi: "Azərbaycan ilə ABŞ arasındakı strateji əməkdaşlıq, Azərbaycanın beynəlxalq antiterror əməliyyatlarında fəal iştirakı, Avropanın enerji təhlükəsizliyindəki rolu dövlət katibi tərəfindən qeyd edildi və bildirildi ki, Azərbaycan ilə ABŞ arasında çox yüksək xətlə inkişaf edən münasibətlər var. Həmçinin, Prezident İlham Əliyevin ayrı-ayrı rəsmi şəxslərlə, ictimaiyyət nümayəndələri, lobbi təşkilatlarının nümayəndələri ilə görüşləri bir daha Azərbaycanın nə qədər inkişaf etdiyini və dünyada etibarlı bir tərəfdaş olduğunu sübut edir".

Deputat bildirib ki, Prezident İlham Əliyevin ABŞ-ın vitse-prezidenti Co Bayden ilə görüşü çox səmərəli oldu: "Görüş zamanı iki ölkə arasında əlaqələrin inkişafına dair mühüm məsələlərə toxunuldu və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyi ifadə edildi".

S.Novruzov əlavə edib ki, Prezident İlham Əliyevin bu səfəri çox uğurlu səfərlərdən biridir: "Bu səfər ABŞ ilə Azərbaycan arasında əməkdaşlıqda yeni bir mərhələnin başlanğıcıdır və bu mərhələ çox uğurla davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti