...

Deputat: ABŞ-Azərbaycan münasibətləri yeni müstəviyə çıxacaq

Siyasət Materials 1 Aprel 2016 16:14 (UTC +04:00)
Prezident İlham Əliyevin ABŞ Prezidenti Barak Obama tərəfindən IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi və ABŞ-da keçirdiyi ikitərəfli görüşlər iki ölkə arasında münasibətlərin yeni müstəviyə çıxmasına şərait yaradacaq.
Deputat: ABŞ-Azərbaycan münasibətləri yeni müstəviyə çıxacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Barak Obama tərəfindən IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi və ABŞ-da keçirdiyi ikitərəfli görüşlər iki ölkə arasında münasibətlərin yeni müstəviyə çıxmasına şərait yaradacaq. Bunu Trend-ə Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O, qeyd edib ki, bu səfər çərçivəsində Azərbaycanla ABŞ arasında əməkdaşlığın yeni istiqamətləri göründü: "Bu səfəri iki ölkə arasında əməkdaşlığın inkşaf perspektivləri baxımından çox uğurlu hesab etmək olar".

Deputat vurğulayıb ki, sammitinin çox sıx proqramı olsa da, Prezident ABŞ-da çox əhəmiyyətli ikitərəfli görüşlər keçirdi: "Həm ABŞ-ın dövlət katibi Con Kerri, həm də ABŞ-ın vitse-prezidenti Co Baydenlə keçirilən görüşlər hər iki ölkə üçün xüsusilə əhəmiyyətli idi. Görüşlərdə Azərbaycanın qlobal təhlükəsizlikdə, o cümlədən enerji təhlükəsizliyində rolu yüksək qiymətləndirildi və iki ölkə arasında həm iqtisadi, həm də siyasi müstəvidə əməkdaşlıqla bağlı çox səmərəli müzakirələr aparıldı".

M.İbrahimqızı vurğulayıb ki, Azərbaycanın bu sammitdə iştirakı eyni zamanda ölkəmizin beynəlxalq aləmdə nüfuz sahibi olmasının göstəricisidir: "Bu sammitə 60-a qədər ölkə dəvət olunub. Bu ölkələrdən birinin Azərbaycan olması böyük göstəricidir. Bu bir daha Azərbaycanın nüvə təhlükəsizliyi, qlobal və regional təhlükəsizlikdə önəmli yer tutduğunu göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti