...

Azərbaycan və Türkiyə Müdafiə nazirləri regional və qarşılıqlı əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər

Siyasət Materials 15 May 2016 12:37 (UTC +04:00)
Mayın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz ilə ikitərəfli formatda danışıqlar aparılması üçün görüşüb.
Azərbaycan və Türkiyə Müdafiə nazirləri regional və qarşılıqlı əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər

Bakı. Trend:

Mayın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz ilə ikitərəfli formatda danışıqlar aparılması üçün görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd edib.

Qonaq Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin rolu və əhəmiyyətindən danışıb.

Daha sonra regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkun iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti