...

MSK İqbal Ağazadənin şikayətini təmin etmədi

Siyasət Materials 19 May 2016 16:59 (UTC +04:00)
MSK-nın araşdırması zamanı C.Osmanov tərəfindən seçicilərə təzyiq göstəriliməsi barədə şikayətdəki iddia təsdiqini tapmayıb.
MSK İqbal Ağazadənin şikayətini təmin etmədi

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə təkrar seçkilərdə namizədliyi irəli sürülmüş Ümid Partiyasının sədri İqbal Ağazadənin şikayətinə baxılıb.

Trend-in məlumatına görə, İ.Ağazadə şikayətində ona imza vermiş şəxslərə həmin seçki dairəsindən digər namizəd Cavid Osmanov tərəfindən təzyiq göstərildiyini iddia edib.

MSK üzvü İlham Məmmədov bildirib ki, MSK-nın araşdırması zamanı C.Osmanov tərəfindən seçicilərə təzyiq göstəriliməsi barədə şikayətdəki iddia təsdiqini tapmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti