...

Azərbaycanın Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri ilə Çin Dövlət Təhlükəsizlik Nazirliyi arasında sənədlər imzalanıb

Siyasət Materials 23 May 2016 18:54
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə Çin Xalq Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum və Azərbaycanın Xarici Kəşfiyyat Xidməti ilə Çinin Dövlət Təhlükəsizlik Nazirliyi arasında kommunike imzalanıb.
Azərbaycanın Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri ilə Çin Dövlət Təhlükəsizlik Nazirliyi arasında sənədlər imzalanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə Çin Xalq Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum və Azərbaycanın Xarici Kəşfiyyat Xidməti ilə Çinin Dövlət Təhlükəsizlik Nazirliyi arasında kommunike imzalanıb.

DTX-nin İctimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sənədlərin imzalanmasından əvvəl Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə mühüm fəaliyyəti, ölkəmizdə sabitliyin və təhlükəsizliyin gücləndirilməsi üzrə görülən tədbirlərdən danışıb.

Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov təhlükəsizlik sahəsində idarələrarası əməkdaşlıq məsələlərinə toxundu.

Çin Təhlükəsizlik Şurasının katibi M.Jianzu bu səfərin ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin daha da inkişafı üçün faydalı olacağına əminliyini ifadə etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti