...

Deputat: Azərbaycan idman sahəsində təkmilləşən bir ölkə kimi dünyanın diqqət mərkəzindədir

Siyasət Materials 17 İyun 2016 16:26 (UTC +04:00)
...Azərbaycan nəinki sosial, iqtisadi cəhətdən inkişaf edən, həm də idman sahəsində təkmilləşən bir ölkə kimi dünyanın diqqət mərkəzindədir.
Deputat: Azərbaycan idman sahəsində təkmilləşən bir ölkə kimi dünyanın diqqət mərkəzindədir

Bakı. İlhamə İsabalayeva - Trend:

“Son illər beynəlxalq əhəmiyyətli idman oyunlarının ölkəmizdə keçirilməsi sübut edir ki, Azərbaycan nəinki sosial, iqtisadi cəhətdən inkişaf edən, həm də idman sahəsində təkmilləşən bir ölkə kimi dünyanın diqqət mərkəzindədir”.

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Onun sözlərinə görə, yüksək səviyyədə keçirilən I Avropa Oyunlarından sonra milyonlarla insanın diqqətini yenidən Azərbaycana yönəldən “Formula 1” yarışmasının təşkili onu deməyə əsas verir ki, artıq ölkəmiz idman yarışlarının mərkəzinə çevrilib.

Deputat hesab edir ki, beynəlxalq səviyyəli yarışlar idmançıların mübarizə meydanı olduğu kimi, dövlətlər arasında münasibətlərin yaxşılaşması, ölkələrin yaxınlaşması, dostluq və əməkdaşlığın möhkəmlənməsi baxımından da çox əhəmiyyətlidir:

“Azərbaycan I Avropa Oyunlarının təşkilində elə bir standartlar tətbiq etdi və təşkilatçılıq nümunəsi göstərdi ki, bu gün nəinki Avropa, hətta bir çox dünya ölkələri bu standartları tətbiq etməkdə çətinlik çəkirlər. “Formula 1” yarışları da bu baxımdan diqqəti cəlb edir. Sözsüz ki, “Formula 1” yarışları Azərbaycanın yeni-yeni uğurların qazanmasında bir stimul olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti