...

Baş nazir: İstanbul da hədəflərdən biridir

Siyasət Materials 15 İyul 2016 21:02 (UTC +04:00)
Türkiyə Nitsa şəhərində törədilmiş terror aktı ilə bağlı Fransa xalqının kədərini bölüşür.
Baş nazir: İstanbul da hədəflərdən biridir

Bakı. Trend:

Türkiyə Nitsa şəhərində törədilmiş terror aktı ilə bağlı Fransa xalqının kədərini bölüşür və bir daha təsdiq edir ki, Fransaya hərtərəfli kömək və dəstək göstərməyə hazırdır.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binali Yıldırım bəyan edib.

B.Yıldırım qeyd edib ki, terrorçuların dini, inamı, milliyyəti olmur: "Bütün dünya anlamalıdır ki, terrorizmlə mübarizə ayrı-ayrılıqda aparıla bilməz. Xüsusən də inkişaf etmiş ölkələrdə terrorçulara münasibətdə ikili standartlar belə faciələrə gətirib çıxarır".

Prokuror: Nitsa terrorunda 10 uşaq və yeniyetmə ölüb, 52 nəfərin vəziyyəti ağırdır

Prokuror: Nitsa terrorunda 10 uşaq və yeniyetmə ölüb, 52 nəfərin vəziyyəti ağırdır

Baş nazir əlavə edib ki, İstanbul da terrorçuların hədəflərindən birinə çevrilib: "Fransa tədbirlər gördü, Türkiyədəki diplomatik missiyasının fəaliyyətini dayandırdı, lakin bu kifayət etmədi. Terror Fransanın ürəyində baş verdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti