...

Prokuror: Nitsa terrorunda 10 uşaq və yeniyetmə ölüb, 52 nəfərin vəziyyəti ağırdır

Dünya xəbərləri Materials 15 İyul 2016 20:15 (UTC +04:00)
Nitsa şəhərində törədilmiş terror aktı nəticəsində 10 uşaq və yeniyetmə ölüb.
Prokuror: Nitsa terrorunda 10 uşaq və yeniyetmə ölüb, 52 nəfərin vəziyyəti ağırdır

Bakı. Trend:

Fransanın Nitsa şəhərində törədilmiş terror aktı nəticəsində 10 uşaq və yeniyetmə ölüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Parisin prokuroru Fransua Molens deyib.

Prokuror qeyd edib ki, 50-dən çox şəxs terror hücumundan sonra ağır vəziyyətdədir:

"İki yüz insan xəsarət alıb, onlardan 52-nin vəziyyəti ağırdır, o cümlədən 25 nəfər reanimasiyadadır".

Fransada terror aktı: ölənlərin sayı 84-ə çatdı (FOTO/VİDEO) (YENİLƏNİB)

Fransada terror aktı: ölənlərin sayı 84-ə çatdı (FOTO/VİDEO) (YENİLƏNİB)

Qeyd edək ki, iyulun 15-də gecə saatlarında Nitsa şəhərində terror aktı törədilib. Naməlum şəxslər yük maşınını kütlənin üstünə sürüb, sonra avtomobildən enərək insanlara atəş açıblar. Ölənlərin sayı 84 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti