...

Putin Türkiyədə sabitliyin bərpasını arzulayır

Siyasət Materials 17 İyul 2016 14:29 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, söhbət zamanı V.Putin uğursuz hərbi çevrilişə cəhddə həlak olan insanlara görə R.T.Ərdoğana başsağlığı verib, Türkiyədə tezliklə sabitliyin və asayişin bərpa olunmasını arzulayıb.

Rusiyanın dövlət başçısı Türkiyə tərəfinin rus turistlərin təhlükəsizliyinə maksimum diqqət göstərəcəyinə ümidvar olduğunu bildirib.

R.T.Ərdoğan cavabında Rusiyadan gələn turistlərin təhlükəsizliyi üçün bütün tədbirlərin görüləcəyinə əmin edib.

Telefon danışığında hər iki prezident şəxsi görüş barədə razılığa gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti