Konstitusiyaya dəyişikliklər vətəndaşların əmək hüquqlarının daha etibarlı müdafiəsini təmin edəcək (YENİLƏNİB)

Konstitusiyaya dəyişikliklər vətəndaşların əmək hüquqlarının daha etibarlı müdafiəsini təmin edəcək (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Konstitusiyasına dəyişikliklər ölkə vətəndaşlarının əmək hüquqlarının Konstitusiya səviyyəsində daha etibarlı şəkildə müdafiəsi baxımından böyük əhəmiyyətə malikdir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi Səlim Müslümov deyib.

Nazir bildirib ki, ölkə Konstitusiyasında dəyişikliklər edilməsi barədə Referendum Aktı layihəsini dövlətçiliyimizin möhkəmləndirilməsi, respublikada idarəetmə sisteminin mütərəqqi dünya təcrübəsi əsasında daha da təkmilləşdirilməsi, xüsusən insan hüquq və azadlıqlarının konstitusion səviyyədə etibarlı müdafiəsi mexanizminin formalaşdırılması yönündə aparılan mükəmməl islahatların məntiqi davamı kimi dəyərləndirmək olar: “Ötən dövrdə ictimai-siyasi və sosial-iqtisadi sahələrdə kifayət qədər böyük inkişaf yolu keçən Azərbaycan bu gün bütün sahələrdə ən müasir və qabaqcıl təcrübələri bölüşən bir ölkədir. Təbii ki, ölkə həyatında yaşanan inkişaf prosesləri, xüsusən insan hüquq və azadlıqları, vətəndaş rifahının təmin olunması sahəsində əldə olunan mühüm irəliləyişlər ölkənin Konstitusiyasında da dövlətçiliyin tərəqqisinə hesablanan təkmilləşdirmələrin aparılması zərurətini əsaslandırır. Ona görə də cənab Prezidentin təşəbbüsü ilə Konstitusiyaya irəli sürülən əlavə və dəyişikliklər Azərbaycan cəmiyyətinin ümumi inkişafı istiqamətində irəliyə doğru növbəti mühüm addımların atılmasına şərait yaradır”.

S.Müslümov diqqətə çatdırıb ki, Referendum Aktı layihəsində bir çox maddələrə əlavə və dəyişikliklərlə yanaşı, əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların da əmək hüquqlarının təkmilləşdirilməsi ilə bağlı dəyişiklik əksini tapıb: “Məlum olduğu kimi, Konstitusiyanın 36-cı maddəsində işçi vətəndaşların tətil hüququndan bəhs olunur. Yeni Referendum Aktı layihəsində 3 hissədən ibarət həmin maddəyə 4-cü hissə əlavə edilib ki, həmin hissədə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokautun qadağan edildiyi bildirilir. Lokaut anlayışı Əmək Məcəlləsində mövcud olsa da, ilk dəfədir ki, bu anlayış Konstitusiyaya daxil edilir. Məcəlləyə görə, kollektiv əmək mübahisələri zamanı yerinə yetirilməsi işəgötürənin istehsal, iqtisadi, maliyyə imkanlarına uyğun olmayan kollektiv tələblərlə, hüquqlarını və mənafeyini pozmaq cəhdi ilə keçirilən qanunsuz və əsassız tətillərin qarşısını almaq məqsədi ilə onun, yaxud mülkiyyətçi tərəfindən müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə elan - lokaut adlanır”.

Nazir qeyd edib ki, Əmək Məcəlləsinin 284-cü maddəsində işəgötürənin hansı hallarda işçilərini, həmkarlar ittifaqları təşkilatını və müvafiq icra hakimiyyəti orqanını azı 10 gün qabaqcadan yazılı xəbərdar etməklə müəssisəni bağlayacağı barədə lokaut elan edə bilməsi göstərilir: "Bu hallar sırasına işəgötürənin qarşısında qoyulan kollektiv tələblərin yerinə yetirilməsi onun istehsal, iqtisadi, maliyyə və digər imkanlarına açıq-aşkar uyğun olmaması, qanunsuz elan olunmuş tətilin davam etdirilməsi, habelə onunla rəqabətdə olan işəgötürən (işəgötürənlər) və ya digər şəxslər tərəfindən tətilin keçirilməsinə işçilərin sövq edildiyi barədə təkzibolunmaz sübutlar, faktların olması daxildir. Həmçinin Məcəllə ilə həmin maddədə müəyyən edilmiş hallardan başqa qalan hallarda, habelə dövlət mülkiyyətində olan və ya mülkiyyətinin yarısından çoxunda dövlətin payı olan müəssisələrin işəgötürəni tərəfindən lokautun elan edilməsi qadağan edilir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla lokautun qadağan edilməsinin Konstitusiyada təsbit olunması işçilərin birbaşa qanuni mənafeyinin müdafiəsinə xidmət edir. Yəni əgər işçilərin tətil etmək hüququ varsa, bu hüququn qarşısının alınması üçün işəgötürənin lokautdan istifadə etməklə, müəssisəni bağlayacağı elanı ilə işçilərinə təzyiq göstərməsi artıq konstitusion səviyyədə qadağan edilir. Yalnız qanunla müəyyən edilmiş hallarda bu mümkün ola bilər”.

S.Müslümov lokautdan istifadənin məhdudlaşdırılmasının işçilərin rifahı ilə bağlı həssas yanaşmanın ifadəsi olduğunu vurğulayıb: “Təcrübədə belə hallar mövcuddur ki, bəzi hallarda işəgötürən heç bir ciddi qanuni səbəb olmadan müəssisəni müvəqqəti olaraq bağlamaqla işçilərini işsizliyə məruz qoyur ki, bu da onların rifahına, nəticə etibarilə ümumən sosial vəziyyətə mənfi təsir edir. Ona görə də lokaut məsələsi hansısa işəgötürənin şəxsi iradəsindən asılı ola bilməz və hansısa müəssisənin müvəqqəti olaraq bağlanması barədə elan yalnız ciddi səbəblərə əsaslanmalı, yalnız qanunla müəyyən edilmiş hallarda həyata keçirilməlidir”.

Azərbaycanın qaz ixracında Türkiyə bazarının payı 79 faiz olub
Azərbaycanın qaz ixracında Türkiyə bazarının payı 79 faiz olub
SOCAR təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb
SOCAR təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb
Ceyhan terminalından 195 milyon bareldən çox AÇQ nefti nəql edilib
Ceyhan terminalından 195 milyon bareldən çox AÇQ nefti nəql edilib
Loading Bars
Xəbər lenti
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramla yad edirik - Spiker
Heydər məscidində anım mərasimi keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Havanın temperaturu düşəcək, yağış, qar yağacaq - Xəbərdarlıq
Rusiyada koronavirusdan ölənlərin sayı 42 mini ötüb
FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər (FOTO)
Azərbaycan xalqı Şəhidlər Xiyabanını ziyarət edir (FOTO)
Gəncə şəhərində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib (FOTO)
Bakıdakı pravoslav kafedral kilsəsində şəhidlərin anım mərasimi keçirilib (FOTO)
Doqquz Azərbaycan gimnastı bədii gimnastika üzrə Avropa çempionatından medalla qayıdıb - Mariana Vasileva
Nazirlik Xudayar Yusifzadənin ailəsi üçün ev tikəcək (FOTO)
Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anılıb (FOTO)
Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib - Həmsədr
Döyüşlərə 30 ilin həsrəti ilə atılmışdıq - Qarabağ qazisi
Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələri müzakirə olunub
AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı (FOTO)
Niderlandda Fransa Senatının və Belçika Parlamentinin qəbul etdiyi qətnamələrə etiraz aksiyası keçirilib
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər (VİDEO) (YENİLƏNİB)
Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcısı barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
Ərdoğan və Ruhani Qarabağı müzakirə edib
Güclü dövlətin hərbçisi olmaq çox qürurvericidir - Qarabağ qazisi
Ötən gün 21 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
Azərbaycan nefti 50 dollar həddinə yaxınlaşır
Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır - Fransa səfiri
Azərbaycanın qaz ixracında Türkiyə bazarının payı 79 faiz olub
Azərbaycanın Türkiyədən sement idxalı azalıb
Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanılıb (FOTO)
Rusiyada təyyarə bir gündə iki dəfə təcili eniş etdi
Müəllimlərinə "Qarabağı biz alacağıq" deyib - Ad günündə dəfn edilən şəhid Nicat Tarverdiyev (FOTO)
Bakıda elektron əşya mağazalarından oğurluq edən saxlanılıb
Prezident İlham Əliyev şəhidlərimizlə bağlı paylaşım edib (FOTO)
Azərbaycan Prezidenti: BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi
Vətən Müharibəsində şəhid olan DİN kapitanı (FOTO)
Azərbaycan Prezidenti: Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışıb
Azərbaycan Prezidenti: Son iki il ərzində Ermənistan danışıqlar prosesini məqsədyönlü şəkildə məhv edib
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib
Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - XİN
Prezident İlham Əliyev: Pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır
Azərbaycan Prezidenti: Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirib
Prezident İlham Əliyev: Bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var
Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasında çıxış edib (VİDEO)
Binəqədidə koronavirus xəstəsinə cinayət işi açılıb
Vyetnamdakı azərbaycanlılar COVİD-19 səbəbindən təxliyə edilib
Samsung AirDresser – qarderobunuza yeni baxım dövrünü bəxş edir (FOTO)
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular - Biri şəhid, digəri qazi (FOTO)
Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib
2-ci Qarabağ müharibəsində qələbənin əsas memarı Ali Baş Komandan İlham Əliyevdir - Deputat
Bakıda ev yanıb
Məcburi köçkünlər geri qayıtdıqdan sonra torpaq bölgüsü necə aparıla bilər? - Komitə sədri açıqladı
Bərdədə koronavirus xəstəsi barədə cinayət işi açılıb
Dekabrın 4-də xarici valyutaların manata qarşı məzənnələri
SOCAR təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb
Yardımlıda mağaza yanıb
Ərəbistan koalisiyası husilərə məxsus minalanmış PUA-nı məhv ediblər
Ceyhan terminalından 195 milyon bareldən çox AÇQ nefti nəql edilib
Braziliya Senatı ölkənin atom bombasına sahib olma ehtimalını nəzərdən keçirəcək
Dünyada koronavirusa yoluxanların sayı 65 milyon nəfəri ötüb
İngiltərədə zavodda partlayış olub, ölən və yaralananlar var
Moskvada koronavirusdan daha 77 nəfər ölüb
Bakıda sex yanıb
Türkiyə və İran prezidentləri Dağlıq Qarabağı müzakirə ediblər
"Euronews" erməni işğalından azad edilmiş Suqovuşan kəndindən süjet hazırlayıb (VİDEO)
UEFA Avropa Liqası: "Qarabağ" qrup mərhələsində "Makkabi" ilə heç-heçə edib
Bu gün saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
Türkiyədə koronavirusdan sağalanların sayı 418 mini keçib
Azərbaycan “OPEC plus”un 2021-ci ilin yanvarında gündəlik hasilatın 500 min barrel artırılması barədə qərarını dəstəkləyib
Fransa Milli Assambleyasının sülhü dəstəkləmək əvəzinə qərəzli, ədalətsiz qətnamə qəbul etməsi insanlığa qətiyyən sığımır - Deputat
Hikmət Hacıyev şəhidlərlə bağlı paylaşım edib
Azərbaycan XİN: Ermənistan tərəfinin sərgilədiyi destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib
Türk Şurası Azərbaycana başsağlığı verib
"OPEK plyus" ölkələri yanvar ayından etibarən neft hasilatını artırmağa razılaşıb
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daim artmaqdadır - Hikmət Babaoğlu
Prezident İlham Əliyev: Beynəlxalq ictimaiyyət pandemiyadan yalnız birlik və çoxtərəfli əməkdaşlıq əsasında xilas ola bilər
Könüllülərin “Azərbaycan - Türkiyə Həmrəylik Görüşü” baş tutub (FOTO)
Ona cavab vermək istəyəndə anladım ki, artıq mən yoxam - Şəhidlə olmayan müsahibə (FOTO)
Azərbaycan beynəlxalq səviyyədə daha bir ilkə imza atdı - Bəhruz Quliyev
Azərbaycan Prezidenti: BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi Qoşulmama Hərəkatına üzv dövlətlərin möhtəşəm uğurudur
Ərazilərin işğaldan tam azad olunmasının iqtisadi inkişafımıza çox böyük təsiri olacaq - Tamam Cəfərova
Əfqan Sadıqovun vəziyyəti Ombudsmanın diqqət mərkəzindədir
Bu il Azərbaycanın məhsul ixrac etdiyi ölkələr bunlar olub
Azərbaycan Prezidenti: Qoşulmama Hərəkatı BMT sisteminin COVID-19 ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirir
Prezident İlham Əliyev: 2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib
"Bakı metropoliteni" tender elan edib
Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında videoformatda çıxış edib (FOTO/VİDEO)
Sağlamlıq imkanları məhdud uşaqlar müasir reabilitasiya sistemi ilə əhatə olunub
ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır
Bakıda 14 obyekt karantin qaydalarını pozub - İqtisadiyyat Nazirliyi
Prezident İlham Əliyevin təşəbbüsü əsasında BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyası başlayıb
Rusiya ümid edir ki, UNESCO missiyası dini məbədlərin mühafizəsinin qiymətləndirilməsi üçün Qarabağa gələcək
ƏƏSMN və “Mtv Azərbaycan” “Bərabərik” layihəsini təqdim edir (FOTO/VİDEO)
Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Təhsil Nazirliyi tələbələrə müraciət edib
Azərbaycanda 11 ayda sosial təminat üzrə 5 milyard 264 milyon manat ödəmə edilib
SOCAR-ın qaz ehtiyatları təxminən 14 faiz artıb
Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı
Mədəniyyət nazirinin sabiq müavini və xidmət rəisinin həbs müddəti uzadıldı
Bütün xəbərlər