Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirakı imitasiyadan başqa bir şey deyildir (FOTO)

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirakı imitasiyadan başqa bir şey deyildir (FOTO)

Bakı. Trend:

Bir il əvvəl biz burada hərtərəfli və əsas məğzini insanlar daşıyan “2015-ci ildən sonrakı dövr üçün Dayanıqlı İnkişaf Gündəliyi”nin qəbul olunmasına şahidlik etmək üçün toplaşmışdıq. Tarixdə elə mərhələlər var ki, həmin vaxt universal dəyərlər hadisələrin axarını dəyişən siyasi öhdəliklərə çevrilirlər. Biz ümid edirik ki, “Dayanıqlı İnkişaf Gündəliyi”nin qəbul olunması onlardan biri olacaqdır, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci Sessiyasının Ümumi Müzakirələrində çıxışında deyib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Elmar Məmmədyarov qeyd edib ki, davamlı İnkişaf Məqsədlərinə dair razılıq əldə edəndə biz hamımız bütün dünya üzrə inkişafı təşviq etməkdə vasitə olduğunu sübut etmiş Minilliyin İnkişaf Məqsədlərinin uğur hekayəsi ilə həvəsləndirilmişdik.

"Azərbaycan Davamlı İnkişaf Məqsədlərinin hədəflərini nəzərə almaqla, öz milli inkişaf strategiyasını qəbul etmişdir və səmərəli idarəçilik və davamlı artımın təkmilləşdirilməsi, qanunun aliliyinin gücləndirilməsi, insan hüquqlarına hörmət edilməsi, ictimai xidmətlərdən asanlaşdırılmış istifadənin təmin edilməsi və inkluziv cəmiyyətlərin təşviq edilməsinə dair irimiqyaslı proqramlar həyata keçirməkdə davam edir" - nazir deyib.

"Qlobal iqtisadi böhran və neft qiymətlərinin kəskin düşməsinə baxmayaraq, Azərbaycan öz iqtisadi artımını saxlamağa müvəffəq olmuşdur" - Məmmədyarov qeyd edib.

"Davamlı iqtisadi artım Azərbaycana öz milli inkişaf strategiyasına diqqəti yönəltməklə yanaşı, beynəlxalq inkişafı da fəal şəkildə dəstəkləməyə imkan vermişdir. Azərbaycan bir sıra ölkələrə Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AİDA) vasitəsilə beynəlxalq humanitar və inkişaf yardımı göstərmişdir" - Elmar Məmmədyarov deyib.

"Bu ilin iyun ayında Azərbaycan BMT Baş Məclisində keçirilmiş səsvermədə iştirak edən 184 üzv dövlətdən 176-nın səsini qazanmaqla 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilmişdir. ECOSOC davamlı inkişafa dair peşəkar müzakirələr aparmaq üçün mərkəzi platforma olmaqla bu bizə beynəlxalq inkişafa töhfə vermək üçün əlavə imkan yaradacaqdır" - nazir bildirib.

“Davamlı İnkişaf Məqsədləri 16”-nın həyata keçirilməsinə dəstək olaraq, Azərbaycan 2015-ci ilin 2-6 noyabr tarixlərində keçirilmiş Korrupsiyaya qarşı BMT Konvensiyasına Üzv Dövlətlərin Konfransının 6-cı sessiyasında yekdilliklə qəbul olunmuş “Ən yaxşı təcrübə və texnoloji yeniliklərin tətbiqi yolu ilə şəffaf, cavabdeh və effektiv dövlət xidmətlərinin göstərilməsinin təşviq edilməsi vasitəsilə korrupsiyanın qarşısının alınması” adlı qətnamə layihəsini irəli sürmüşdür" - Elmar Məmmədyarov qeyd edib.

"Hazırda dünyanın üzləşdiyi cürbəcür hədə və problemlər fonunda müxtəlif mədəniyyətlərin əsas dəyərlərinin təşviq edilməsi, fərqli icmalar arasında daha yaxşı anlaşmanın gücləndirilməsi və qarşılıqlı hörmətin həvəsləndirilməsinin əhəmiyyətini israrla vurğulamaq çox vacibdir. Asiya və Avropa kimi qitəsinin iki böyük qitənin arasında yerləşən Azərbaycan Şərq və Qərbin qovuşduğu, dünyanın əsas dinlərinin dinc yanaşı mövcud olduğu və müxtəlif mədəniyyətlərin dəyər və ənənələrinin harmoniya şəklində bir-birlərini tamamladığı təkrarolunmaz məkandır. Təsadüfi deyil ki, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu bu il Azərbaycanda keçirilmişdir" - Məmmədyarov deyib.

"Həll olunmamış silahlı münaqişələr, terrorizm, zorakı ekstremizm, təcavüzkar separatizm, dözümsüzlük və etnik və dini zəmində ayrı-seçkilik ən ciddi problemlər olmaqda davam edir və inkişafa əsas maneə törədən amillər sırasındadırlar" - nazir bildirib.

"2015-ci ildən sonrakı dövr üçün inkişaf gündəliyinin qəbul olunmasına dair BMT sammitinin yekun sənədi Dövlətlərin beynəlxalq hüquqla təsbit olunmuş hüquq və vəzifələrini xatırladaraq və dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət edilməsinin vacibliyini bir daha təsdiq edərək bildirmişdir ki, sülh olmadan davamlı inkişaf yoxdur və davamlı inkişaf olmadan sülh yoxdur" - Elmar Məmmədyarov qeyd edib.

"Sonuncu ümumi müzakirələrdən ötən müddət ərzində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı heç bir əsaslı irəliləyiş əldə olunmamışdır. Ermənistan beynəlxalq hüququ və münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş 822, 853, 874, 884 saylı qətnamələrin tələblərini kobud şəkildə pozaraq, Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon da daxil olmaqla, Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam edir. Ermənistanın münaqişənin nizamlanması prosesində iştırakı imitasiyadan başqa bir şey deyildir" - nazir deyib.

"Azərbaycan işğal olunmuş ərazilərin iqtisadi potensialından istifadə edə bilmir. Ərazilərin hərbi işğalının birbaşa nəticəsi olaraq əlaqələrin qırılması ölkəmizin sosial-iqtisadi cəhətdən tam şəkildə inkişaf etdirilməsi və regionun istifadə olunmamış iqtisadi perspektivlərinin reallaşdırılmasına ciddi əngəl törədir. Eyni şəkildə regionun daxili və regionlar arası əlaqələr baxımından tam potensialı hələ də istifadə olunmamış qalır" - Məmmədyarov bildirib.

"Münaqişənin humanitar nəticələri də eynilə ağırdır və təcili şəkildə həll olunmasını zəruri edir. İnsanların kütləvi şəkildə öz yaşadıqları ərazilərdən didərgin düşməsinin birbaşa təsiri nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkün əsas insan hüquqları və fundamental azadlıqlardan, ən əsası mənzil və mülkiyyət hüquqlarından məhrum olmaqda davam edir. Vəziyyətin bu şəkildə davam etməsi artıq dözülməzdir" - nazir qeyd edib.

"Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yürütdüyü siyasət və qanunsuz fəaliyyəti münaqişənin siyasi həllinin əldə edilməsi perspektivlərini sarsıdır və regionda sülh, təhlükəsizlik və stabilliyə bilavasitə təhlükə yaradır" - Elmar Məmmədyarov bildirib.

"Azərbaycan Respublikası dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğu istənilən an proqnozlaşdırılması mümkün olmayan nəticələr və toqquşmalar potensialı ilə sabitliyi pozan əsas amildir və münaqişə zonasında gərginlik və insidentlərin yaranmasının başlıca səbəbidir" - nazir deyib.

"Xoş niyyətlə danışıqlar aparmaq əvəzinə Ermənistan nümayişkar şəkildə münaqişənin sülh yolu ilə həllinə yönəlik bütün cəhdləri pozur. BMT Təhlükəsizlik Şurasının tələblərinə tamamilə məhəl qoymayan və beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxartmaqdan imtina edir, zor gücünə məcburi köçkünə çevrilmiş yüz minlərlə Azərbaycanlının öz doğma yurd-yuvalarına geri qayıtmasının qarşısını alır və işğal olunmuş ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişdirməklə mövcud status-kvonu daha da gücləndirməyə çalışır. ATƏT-in faktaraşdırıcı missiyası tərəfindən də bu narahatlıq doğuran faktlar təsdiq edilmişdir" - Elmar Məmmədyarov qeyd edib.

"Bundan başqa, Ermənistan diqqəti sülh prosesinin əsas və substantiv məsələlərindən atəşkəsin texniki aspektlərinə yönəltməklə diqqəti yayındırmağa çalışan vaxtaşırı hərbi təxribatlar törədir. Ən son olaraq bu il aprel ayının əvvəlində Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı geniş miqyaslı hücumlar həyata keçirmişdir. Əhalinin sıx məskunlaşdığı Azərbaycan əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerləri ağır artireliya və iri-çaplı silahlardan intensiv atəşə tutulmuşdur. Ermənistanın məsuliyyətsiz hücumları nəticəsində uşaqlar, qadınlar və qocalar da daxil olmaqla çoxsaylı azərbaycanlı mülki şəxslər həlak olmuş və ciddi yaralanmışdır. Səmərəli mülki müdafiə tədbirləri vaxtında görülməsəydi, əhali arasında itkilərin sayı daha çox ola bilərdi. Ermənistan müntəzəm şəkildə həlak olmuş Azərbaycan əsgərlərinin cənazələrini eybəcər hala salmışdır" - nazir bildirib.

"Bu hücumlar zamanı Azərbaycanın 34 şəhər və kəndi ağır dağıntılara məruz qalmışdır. Mülki əhəmiyyətli infrasturuktur da daxil olmaqla özəl və ictimai mülkiyyət əhəmiyyətli dərəcədə ziyan çəkmişdir. Yüzlərlə mülki təyinatlı binalar, xüsusilə, yaşayış evləri, məktəblər, uşaq bağçaları, mədəni mərkəzlər və digər mülki obyektlər dağıdılmışdır" - Məmmədyarov qeyd edib.

"Ermənistanın Azərbaycanlı mülki əhaliyə qarşı birbaşa və qəsdən hücumları, eləcə də bu ilin aprel ayındakı hücumları zamanı Azərbaycan hərbiçilərinə qarşı qeyri-insani hərəkətləri Ermənistan tərəfindən beynəlxalq humanitar və insan haqları hüququnun digər bir ciddi pozuntusunu təşkil edir. Özünün qəsdən hücum hərəkətləri ilə Ermənistan 1994-cü ildə yaradılmış atəşkəs rejimini sarsıdır və münaqişənin siyasi həlli üçün perspektivləri təhlükə altına qoyur" - nazir deyib.

"Azərbaycandan təsirli cavablar alan Ermənistan, Rusiya Federasiyasının vasitəçiliyi ilə 5 aprel 2016-cı il tarixində Moskva şəhərində Azərbaycan və Ermənistan Baş Qərargah Rəisləri arasında görüşdə razılaşdırılan atəşkəs üçün müraciət etmək məcburiyyətində qaldı. Buna baxmayaraq, Ermənistan atəşkəsi pozmaqda davam edir. Bundan başqa, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qüvvələr cəmləşdirir və möhkəmləndirilmiş hərbi istehkamlar tikir. Bu ilin 19 sentyabr tarixində Ermənistan Azərbaycanın işğal olunmuş Ağdam rayonunda intensiv hərbi fəaliyyətə başlamışdır. Bütün bunlarla Ermənistan sülh danışıqlarında irəliləyişin əldə edilməsi və Ermənistan qoşunlarının Azərbaycanın suveren torpaqlarından çıxarılması məqsədi güdən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Prezidentləri də daxil olmaqla, beynəlxalq ictimaiyyətin səylərinə qarşı çıxmaqda və onları pozmaqda davam edir. Ermənistan dərk etməlidir ki, status-kvo və hərbi təxribatlara arxalanmaq böyük səhvdir. Özünü əzab çəkən tərəf kimi göstərməklə münaqişənin əsl səbəblərinin kökünə dair beynəlxalq ictimaiyyəti riyakarcasına aldatmaq cədləri uğursuzluğa məhkumdur" - Məmmədyarov bildirib.

"Azərbaycan Ermənistandan işğal olunmuş ərazilərdə özünün hərbi mövcudluğunu dayandırmağı və münaqişənin vaxtı uzanmış siyasi həllinin tapılması üçün xoş niyyətlə Azərbaycanla danışıqlarda iştirak etməyi gözləyir" - nazir deyib.

"Münaqişə yalnız və yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində həll edilə bilər. Ermənistan nə qədər tez bu reallığı dərk eləsə və silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxartsa, münaqişə bir o qədər tez həll ediləcək, habelə Ermənistan və onun əhalisi əməkdaşlığın perspektivləri, eləcə də iqtisadi inkişafdan faydalanacaqdır"- nazir qeyd edib.

"Azərbaycan münaqişənin həllinə nail olunması, regionda sülh, ədalət və inkişafın təmin edilməsində səylərini əsirgəməyəcəkdir" - sonda Elmar Məmmədyarov bildirib.

Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb
Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb
Kuba Varadero turizm məkanını oktyabrda xarici müsafirlərə açacaq
Kuba Varadero turizm məkanını oktyabrda xarici müsafirlərə açacaq
Loading Bars
Xəbər lenti
Əsgərin sevdiyi qızın anasına müraciəti (VİDEO)
Qələbəyə bir gün qalmış və ya İnqilabın Qəmzəsi... - Şəhidlə olmayan müsahibə (VİDEO)
İranın XİN başçısı Kəlbəcərin işğaldan azad olması münasibətilə Ceyhun Bayramovu təbrik edib
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək
“France-24” kanalı Kəlbəcərin azad edilməsi haqqında reportaj yayımlayıb (FOTO/VİDEO)
“Equinor” “Qarabağ” və “Əşrəfi-Dan ulduzu-Aypara” layihələrinin statusu barədə (FOTO)
Dieqo Maradona vəfat edib
Ucqar kəndlərdə məktəblərin azkomplektli formada fəaliyyətinə yol veriləcək
Bank Respublika “Faydalı Cümə” kampaniyasına start verir
22 obyektdə epidemiya əleyhinə rejim pozulub - İqtisadiyyat Nazirliyi
Fransanın hazırkı hakimiyyəti əsl mahiyyətini göstərməyə davam edir - Tamam Cəfərova
Azərbaycanda Türkiyənin birinci Ticarət evi açılacaq
Azərbaycan Ordusu düşməni BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasına məcbur etdi - Adil Əliyev
Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib
Bakıda qəza: Yolda sıxlıq var
Heç kim həqiqəti ermənilərə anlatmaq gücündə deyil - Deputat
Baş Prokurorluğun Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlığı uğurla davam etdirilir (FOTO)
Xocalı rayonunun Quşçubaba kəndi Baharlı adlandırılıb
Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli adlandırılması təsdiqləndi
Azərbaycan universitetlərinin livanlı məzunları Prezident İlham Əliyevi təbrik ediblər
Azərbaycanda 3 469 nəfər COVID-19-a yoluxub, 1 229 nəfər sağalıb, 30 nəfər vəfat edib
Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamları Prezident İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycanın siyasi partiyaları Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yayıblar
DYP texniki baxışla bağlı sürücülərə müraciət edib
27 il 7 aydan sonra Kəlbəcərimiz vandal, quldur düşmənlərimizdən təmizləndi - Cavid Qurbanov
Azərbaycan enerji sektorunda bazar islahatları üzrə seminar keçirilib (FOTO)
Tərtər rayonunun Şıxarx qəsəbəsində qaz xətlərinin təmirinə başlanıldı (FOTO)
Dünya ictimaiyyəti Ermənistanın tarixi və dini abidələrimizin məhvinə yönəlmiş terror siyasətini kəskin şəkildə pisləməlidir - Vüqar Rəhimzadə
Fransa Senatının Rəyasətində qəbul edilən qətnamə layihəsi Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlikdir - Rauf Əliyev
Gəncədə evdən kişi meyiti tapılıb
Müharibədə yaralanmış Elçin Səmədovun ailəsi üçün ev tikiləcək (FOTO)
Bakı Dövlət Universitetinin dekanı COVİD-19-dan ölüb
Şuşada 27 ildən sonra ilk taksimiz (VİDEO)
Azərbaycanın azad edilmiş ərazilərindəki hava limanları ICAO reyestrinə daxil ediləcək
Qarabağın turizm potensialı beynəlxalq sərgidə təqdim edilib
Sosial Xidmətlər Agentliyi postmüharibə dövrü üçün psixoloji dəstək tədbirlərinə başlayıb
Noyabrın 26-da manatın dollara qarşı məzənnəsi
Azərbaycan İlahiyyat İnstitutunda psixoloqla tələbələrin onlayn görüşü keçirilib (FOTO)
Biləsuvarın sabiq icra başçısının həbs müddəti yenidən uzadıldı
Lənkəranda sitrus bağlarına qənim kəsilənlər saxlanılıb
AXC-nin xəyanəti ilə işğal edilmiş torpaqlarımız Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində azad edildi - Deputat
Direktor vəzifəsinə işə qəbulla bağlı son 3 ilin nəticələri açıqlandı
Kəlbəcərdəki yataqların mövcud vəziyyətinin monitorinqi aparılacaq - Xidmət rəisi (ÖZƏL)
“Vətən müharibəsində möhtəşəm Qələbəyə görə sağ ol, Azərbaycan əsgəri!” devizi altında tədbirlər keçirilib (FOTO)
Abşeron, Binəqədi və Sabunçu rayonlarına içməli su məhdudiyyətlə veriləcək
Biləsuvarın sabiq icra başçısının məhkəməsi başlayıb
DOST Agentliyi ESSA mükafatçılarının finalçıları siyahısındadır
BMT QAK Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcək
Sahibkarlar üçün “İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtləri asanlaşdı
Azərbaycanda iki yeni sitrus meyvəsinin kütləvi yetişdirilməsinə başlanılıb
Azərbaycan Rusiya və Almaniyaya tibbi maska satışına başlayacaq
Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri (FOTO/VİDEO)
Dilindən, dinindən asılı olmayaraq hər kəs “Qarabağ Azərbaycandır” dedi - Naqif Həmzəyev
Xilaskar Prezident
Şəmkir sakinindən silah götürülüb (FOTO)
Azərbaycana daha 5 zubr gətirilib (FOTO/VİDEO)
SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımalarının həcmi açıqlanıb
Astarada daha 2 koronavirus xəstəsi yaşayış yerini tərk edib
Kəlbəcər sakinləri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
UNESCO Qarabağın mədəni və dini irsinin mühafizəsində iştirak edəcək
Kəlbəcərin işğaldan azad edilməsi strateji, siyasi və iqtisadi baxımdan böyük qələbədir - Alim
Ödənişləri PAŞA Bank kartı ilə etmək üçün daha bir səbəbiniz var!
Dövlət Gömrük Komitəsinin sədri İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir
Məşhur rusiyalı aktyor koronavirusa yoluxub
Naxçıvan Muxtar Respublikasının statistik göstəriciləri açıqlanıb
Azərbaycan dilinin xarici dil imtahanı kimi ərsəyə gətirilməsi əcnəbi tələbələrin sayının artmasına şərait yaradacaq - DİM sədri
İranda ötən sutka 14 minə yaxın şəxs koronavirusa yoluxub, 469 nəfər ölüb
Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı siyasi təzyiqlərə cavab verib - Səfir
Nazirlik səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrlə bağlı qərar verdi
Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız Böyük Qələbəmizin davamıdır - Pərvin Kərimzadə
Merkelin iqamətgahına avtomobil çırpıldı - İclas təxirə düşdü (FOTO)
Azərbaycan ordusunun gücü vadar etdi ki, Ermənistan ərazilərimizdən çıxsın - Deputat
Beynəlxalq layihə hazırlanmasa, yoxsul insanların peyvənd əldə etməsi çətin olacaq - Əli Əhmədov
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
ABŞ-da kütləvi toy mərasiminə görə yəhudi sinaqoqu cərimələnib
SOCAR və LUKoil əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalayacaq? - Rəsmi cavab
Sabahın hava proqnozu açıqlanıb
Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib (FOTO)
Bəzi həmsədr ölkələrin narahatlığının heç bir əhəmiyyəti yoxdur - Ərdoğan
Kəlbəcərin işğaldan azad olunması münasibətilə yürüş keçirilir (FOTO)
Kəlbəcərin azad edilməsi ölkəmiz üçün yeni imkanlar açacaq - Deputat
PAŞA Bank Visa və “Sumqayıt Nəqliyyat” MMC ilə tərəfdaşlıqda Sumqayıt ictimai nəqliyyatında gediş haqqının təmassız ödəniş sistemini təqdim edir
Şabranda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Ali Baş Komandan qətiyyətli mövqeyi ilə bu sevinci bizə yaşatdı - Kəlbəcər sakini (VİDEO)
Azərbaycan tibb elminə ağır itki üz verib
Döyüşdə elə məqam olub ki, Babək Səmidli məni həyata qaytarıb - Korpus komandiri (VİDEO)
Rusiyada koronavirusdan gündəlik ölüm sayı 500-ü keçdi
Azərbaycan nefti bahalaşıb
Azərbaycan Prezidenti: Biz düşməni Şuşadan qovanda su xəttini sıradan çıxarıb., indi Şuşada su yoxdur
Prezident İlham Əliyev: Bizi nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın
Prezident İlham Əliyev: Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını?
Prezident İlham Əliyev: Paşinyan 7 şərti bizə irəli sürəndə demişəm, sənin yeddi şərtini zibil yeşiyinə atıram
Biləsuvarda rayondan çıxmaq istəyən koronavirus xəstələri postda saxlanılıb
Azərbaycan Prezidenti: Düşmən “Dağlıq Qarabağ respublikası”nın xəritələrini düzəltmişdi, hanı o xəritələr?
Prezident İlham Əliyev: Əsgərlərimiz Ağdam rayonunun bir kəndində erməni əhalisinə çıxmaq üçün şərait yaradıb
Dağ Yəhudiləri beynəlxalq təşkilatları Azərbaycan xalqının ədalətli mövqeyini dəstəkləməyə çağırıb
Azərbaycan Prezidenti: Dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq
Prezident İlham Əliyev: Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, elə bil ki, vəhşi qəbilə keçib oradan
Bütün xəbərlər