Ekspertlər: Rusiyanın regionda son fəaliyyəti Moskvaya müttəfiq kimi baxan Bakıda suallar doğurur

Ekspertlər: Rusiyanın regionda son fəaliyyəti Moskvaya müttəfiq kimi baxan Bakıda suallar doğurur

Bakı. Trend:

Ötən gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putin hökumətin Rusiya ilə Ermənistan silahlı qüvvələrinin birgə qoşun qruplaşması haqqında sazişin imzalanması haqqında təklifini dəstəklədi. Bu, Azərbaycanda haqlı olaraq müəyyən suallar doğurdu. Bundan əvvəl də Rusiya istehsallı “İsgəndər” raket sistemlərinin Ermənistana tədarükü narahatlığa səbəb olmuşdu.

İstər-istəməz, sual yaranır: münaqişə tərəflərindən biri olan Ermənistanla birgə qoşun qruplaşması yaratmaq istəyən Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında necə obyektiv ola bilər? Bu, münaqişənin daha da alovlanmasına səbəb olmayacaq ki? Ümumiyyətlə, Rusiya bu fəaliyyəti ilə bundan sonra regional təhlükəsizliyə nə dərəcədə töhfə verə biləcək? Axı Azərbaycan torpaqlarını işğal edən Ermənistanla birgə qoşun qruplaşmasının yaradılması regional təhlükəsizliyi təhdid altına sala bilər.

Əsas narahatedici məqam isə budur: Rusiyanın işğalçı Ermənistanla birgə qoşun yaratması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının uzanmasına gətirib çıxara bilərmi?

Azərbaycan və Rusiya arasında sıx əməkdaşlıq, mehriban qonşuluq, dostluq münasibətləri var. Azərbaycan-Rusiya əlaqələri strateji xarakter daşıyır. Bəs Rusiya Federasiyasının bu fəaliyyəti RF-Azərbaycan münasibətlərinə necə təsir göstərəcək?

"Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov Trend-ə bildirib ki, Rusiya ilə Ermənistan arasında iki ölkənin silahlı qüvvələrinin birgə qoşun qruplaşması haqqında saziş suallar yaratmaya bilməz. Çünki bildiyimiz kimi, Ermənistan Azərbaycan ərazilərini işğal edib.

E.Ələsgərov qeyd edib ki, sülhyaratma prosesinin getdiyi bir vaxtda Ermənistan və Rusiyanın birgə Hava Hücumundan Müdafiə sisteminin yaradılması və ya cənub istiqamətində birgə qruplaşmanın yaradılması kimi addımlar Moskvaya müttəfiq kimi baxan Bakıda suallar doğurur: "Rusiyanın bu fəaliyyətinə Azərbaycana münasibətdə düşmənçilik kimi baxıla bilər".

Onun sözlərinə görə, bu addım üçüncü qüvvələrin Cənubi Qafqaz regionuna daxil olaraq, burada qüvvələr balansını dəyişməklə öz təsir güclərini artırmağa çalışdığı bir vaxtda daha təhlükəli hal alır: "Bu cür hərbi formatın yaradılması nəinki hərbi qüvvələr balansını pozur, həmçinin Azərbaycanda antirusiya əhvali-ruhiyyəsinin artmasına səbəb ola bilər, belə ki, Rusiyanın bu cür addımları təcavüzkarın təşviq olunması kimi qiymətləndiriləcək".

Ekspert bildirib ki, bu cür qruplaşmanın Türkiyə, İran və Azərbaycan sərhədlərində yaradılması geosiyasi baxımdan da məqsədəuyğun deyil: "Rusiya hər üç ölkə ilə yaxşı strateji münasibətlərə malikdir. Yerevanın öz işğalçı siyasətinə dəstək kimi qəbul etdiyi bu cür qruplaşmanın yaradılması Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədri kimi səmimiyyətini sual altına qoyur və münaqişənin nizamlanması prosesində maraqlı olmasına şübhə oyadır. Sülh prosesinin davam etməsi daha çox Rusiyadan asılıdır və bu cür qruplaşmanın yaradılması Ermənistana imkan verəcək ki, hərbi potensialını hücum məqsədilə Dağlıq Qarabağa yönəltsin".

Politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıqov isə hesab edir ki, Rusiya və Ermənistan silahlı qüvvələrinin birgə qoşun qruplaşmasının yaradılması Rusiya ilə Qərb arasında illərdir davam edən qarşıdurmanın nəticəsidir: “Rusiyanın bir sıra hərbi ekspertlərinin fikrincə, heç kimə təhlükə törətməyən bu alyans ölkənin öz ərazi bütövlüyünün müdafiəsinə yönəlib və Yaxın Şərqdən gələn təhlükələrin, o cümlədən postsovet respublikalarını əhatə edən NATO-nun genişlənməsinin qarşısının alınmasına hesablanıb”.

O əlavə edib ki, görünür, Rusiyada NATO-nun genişlənməsindən və bu hərbi-siyasi bloka Gürcüstanın cəlb olunmasından ciddi narahatlıq var. Bu, Rusiya üçün ciddi təhlükə yaradır:

"Əlbəttə, Rusiyanın aparıcı rol oynadığı bu alyans Azərbaycana qarşı yönəlməyib, amma istənilən halda bu, Ermənistanın hərbi potensialını müəyyən qədər artırır. Hətta dinc dövrdə orada rəhbərliyi Rusiya tərəfi yerinə yetirsə də, bu, Azərbaycanın diqqətindən kənarda qala bilməz. Rusiyanın bizim strateji tərəfdaşımız olduğunu və ATƏT-in Minsk qrupunda kifayət qədər nüfuzlu vasitəçi olduğunu nəzərə alsaq, düşünmürəm ki, bu cür alyansın yaradılmasına böyük zərurət var idi".

F.Sadıqovun sözlərinə görə, sənəddə bunun ölkələrin ərazi bütövlüyünün qorunması məqsədilə yaradılmış müdafiə ittifaqı olduğu qeyd edilir: "Bu isə müəyyən mənada alyansın yaradılmasının zəruriliyini müəyyənləşdirir".

Ekspert qeyd edib ki, istənilən halda Azərbaycan özgə torpaqlarını ələ keçirmək niyyətində deyil, Ermənistan ərazilərini işğal etməyə hazırlaşmır, əksinə, ermənilər indiyədək ölkəmizin 20 faizini işğal altında saxlayır.

F.Sadıqovun fikrincə, bu alyansın yaradılması Azərbaycan Silahlı Qüvvələri üçün işğal olunmuş ərazilərin azad edilməsi məsələsində çəkindirici amil olmamalıdır: “Çünki bu ərazilər beynəlxalq hüquq səviyyəsində Azərbaycan torpaqları kimi tanınır və bölgədə hərbi-siyasi komponentlərə sahib olmasına baxmayaraq, Azərbaycanın hər zaman məqsədi öz ərazilərini azad etmək olacaq. Bunu dövlət başçısı da dəfələrlə vurğulayıb".

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov da hesab edir ki, Rusiya ilə Ermənistan arasında belə birgə qoşun qruplaşmasının yaradılması region üçün təhdid yaradır.

S.Novruzov bildirib ki, hər bir dövlət digər dövlətlə hərbi ittifaqa girə bilər:

“Lakin Rusiya ilə Ermənistan arasında belə qoşun qruplaşmasının yaradılmasında bir məsələ ortaya çıxır. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Yəni Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına bilavasitə cavabdeh olan bir ölkədir. Belə olan halda, əgər həmsədr kimi münaqişə edən iki dövlətin biri ilə qoşun qruplaşması yaradırsansa, artıq bu, münaqişənin həll olunmasında ortaya problemlər çıxarır, balans tamamilə pozulur və təbii ki, bu da region üçün təhlükə yaradır. Digər tərəfdən, Rusiya aprel döyüşlərindən sonra sülhməramlılıq missiyasını üzərinə götürdü. İndi isə Ermənistanla birgə qoşun qruplaşması yaratması bu missiyanı şübhə altına qoyur”.

Millət vəkili əlavə edib ki, Azərbaycan həmişə Rusiyanı dəstəkləyib: “Azərbaycanla Rusiya arasında çox yaxşı münasibətlər var. Baxmayaraq ki, Azərbaycana çox böyük təzyiqlər olundu, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmadı, digər məsələlərdə də həmişə Rusiyaya dəstək verib. Belə olan halda, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış, Rusiyanın Ermənistanla qoşun qruplaşmaları yaratması heç bir halda yaxşı qarşılana bilməz”.

SOFAZ bu il investisiya portfelində səhmlərin payını artırmağı planlaşdırmır
SOFAZ bu il investisiya portfelində səhmlərin payını artırmağı planlaşdırmır
Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir
Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir
10 rayondan olan 32 qadın fermerə dəstək göstərilib (FOTO)
10 rayondan olan 32 qadın fermerə dəstək göstərilib (FOTO)
Loading Bars
Xəbər lenti
Paşinyana Azərbaycanla müharibə niyə lazımdır? - Rusiyalı ekspertin şərhi
Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, 20 nəfər ölüb (VİDEO) (ƏLAVƏ OLUNUB)
"Formula-1"də daha 7 nəfərdə koronavirus aşkarlanıb
Ucarda yük avtomobili yanıb
ÜST koronavirusdan ölənlərin sayının 2 milyona çatacağını istisna etməyib
"TRT World" Ermənistan-Azərbaycan münaqişəsi haqqında film yaydı (VİDEO)
“Boeing 737 MAX” bu ilin sonunadək uçuşlarını bərpa edə bilər
Türkiyədə koronavirusdan sağalanların sayı 273 min nəfəri ötüb
SOFAZ bu il investisiya portfelində səhmlərin payını artırmağı planlaşdırmır
Qazaxıstanlı politoloq: KTMT-nin resursları ərazi münaqişələrində istifadə oluna bilməz
Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir
"Bosch" ən sürətli koronavirus testini hazırlayıb
10 rayondan olan 32 qadın fermerə dəstək göstərilib (FOTO)
3 nömrəli Uşaq İncəsənət Məktəbinin kollektivi və valideynlər yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər(VİDEO)
"Lufthansa" mindən çox pilotu ixtisar edəcək
Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü (FOTO/VİDEO)
Ədliyyə işçiləri və məhkumlardan 13 min test götürülüb, cəmi 18 nəfərdə koronavirus aşkarlanıb
Ədliyyə Nazirliyi: Bu il 2 minə yaxın məhkum vaxtından əvvəl cəzadan azad olunub
Bakı və Biləsuvarda transformator yanıb
Mingəçevir Dövlət Universiteti Almaniyanın Siegen Universiteti ilə birgə layihə icra edəcək
Əmlak Məsələləri Dövlət Xidmətinə daha bir səlahiyyət verildi
Ərazi zonalarında tikinti sıxlığı göstəricilərinin yeni yolverilən hədləri müəyyən edilib
Baş nazir təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edib
ATU-ya yeni prorektor təyin edilib
Azərbaycan İlahiyyat İnstitutuna 2020/2021-ci tədris ili üzrə qəbul planı 100 faiz dolub
TƏBİB-də kadr təyinatı olub
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib (FOTO)
Gənclər ətraf mühitin qorunmasına diqqət çəkiblər (FOTO)
İqtisadiyyat naziri Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış olub (FOTO)
Sentyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi yaxın günlərdə aparılacaq
Dövlət Komitəsi: İlin sonunadək məcburi köçkünlər üçün daha 5 yeni qəsəbə istifadəyə veriləcək
“Yüksəliş” müsabiqəsi Azərkosmos ASC-nin sədrinin təqdimatında "Liderlik və özünüidarəetmə" mövzusunda vebinar təşkil edib
Almaniya azərbaycanlıları ilə videogörüş keçirilib
Pandemiya dövrünün tələblərinə əməl etməyən 128 mehmanxana aşkarlanıb (FOTO)
Müddətli həqiqi hərbi xidmətə yola düşəcək çağırışçılar xidmət yerləri haqqında məlumatlandırılıb
Ehtiyatda olan polkovnik təltif edilib (FOTO)
Rauf Əliyev: Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasındakı tarixi çıxışı Ermənistana böyük zərbədir
YAP İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib (FOTO)
UNEC-in 90 illik yubileyinə töhfə: nəfis tərtibatda kitablar (FOTO)
Rusiya nəşrində Azərbaycan Prezidentinin BMT-də çıxışı barədə material dərc edilib
Bakıda bəzi hotellər fəaliyyət göstərmir - SƏBƏB
Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO)
MilliÖn terminallarında ödəmə problemi - Müştəri vəsaiti necə geri ala bilər?
Sentyabrın 28-də manatın dollara qarşı məzənnəsi
Azərbaycanın ilk fizika-riyaziyyatçı qadın professoru vəfat etdi
Təhsil Nazirliyi direktor olmaq istəyənlərə müraciət edib
Bu halda obyektlərin fəaliyyəti ilə bağlı müəyyən məhdudlaşdırma tədbirləri görülə bilər
Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə ölkə birincisi oldu
Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi və döyüş hazırlığı məşğələləri keçirilir (FOTO/VİDEO)
Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik barədə biliklərini həddindən artıq yüksək qiymətləndirir
Açıq havada toy və yas mərasimlərinin təşkilinə niyə icazə verilmir?- AQTA açıqladı
Xətai rayonunda soyğunçuluq edən şəxs saxlanılıb
Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başladı (FOTO)
Toyların keçirilməsinə icazə verilərsə, qaydalar necə olacaq? - RƏSMİ AÇIQLAMA
Ermənistanda kənd sakinləri "Qazprom"un əməkdaşlarına hücum edib
Vüqar Rəhimzadə: Bu gün BMT TŞ-nin qətnamələrinin reallaşdırılmasında ikili standartlar mövcuddur
ETSN-in 26 işçisi koronavirusa yoluxub, 1 nəfər ölüb
Baş Prokurorluqda videokonfrans keçirilib
ETSN: Struktur islahatları optimallaşdırma tədbirləri çərçivəsində aparılır
Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb
Bakının bu rayonlarında içməli suyun verilişində fasilələr olacaq
Kənd Təsərrüfatı naziri Göyçayda nar istehsalçıları ilə onlayn videokonfrans keçirib (FOTO)
Məktəblilərimizin 32-ci Beynəlxalq İnformatika Olimpiadasında uğuru (FOTO)
Bakıda piyada səkisi inşa edilərək sakinlərin istifadəsinə verilib (FOTO)
Daha 13 məktəblidə koronavirus aşkarlandı
Ziyafət Əsgərov: Ermənistan təxribatçı əməlləri ilə regionu ciddi təhlükə qarşısında qoyur
Məhərrəm Əliyev: Ermənistanın dövlət kimi mövcudluğu da sual altına düşəcək (MÜSAHİBƏ)
Azərbaycanda 101 nəfər koronavirusa yoluxdu, 137 nəfər sağaldı, 2 nəfər vəfat etdi
“Berliner Press” nəşri Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasındakı ümumi debatlarda çıxışı barədə məlumat dərc edib
Fransada bıçaqlı hücum - Yaralılar var
Daha 3 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi (FOTO)
Ölkə üzrə 104 min uşaq məktəbəhazırlığa cəlb ediləcək
İranda 207 nəfər koronavirusdan ölüb
İtaliyalı ekspert: BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin icrası üçün mexanizm yaradılmalıdır
AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq
DİM ali məktəblərə boş qalan plan yerləri ilə bağlı müraciət edib
Azərbaycaycanda online satış fırıldaqçılığı - onlara aldanmayın (FOTO)
Bağlanan 4 bank üzrə əmanətçilərə ödənilən kompensasiyanın məbləği açıqlanıb
İpoteka girovlarının qiymətləndirilməsi ilə bağlı müzakirələr aparılıb
Altıağacdakı "Cənnət bağı"nda qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi başlandı
Ceyhun Bayramov Yunanıstan səfiri ilə görüşüb
Evində qətlə yetirilən Tahir Tağıyev polis polkovniki imiş
Ceyhun Bayramov: Ermənistan silahlı qüvvələrini işğal olunmuş ərazilərdən nə qədər tez çıxararsa, bir o qədər tez münaqişə həll ediləcək (FOTO)
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
Qədim şəhərlərin qalıqlarının araşdırılmasındakı problemlər açıqlandı
Deputat: Ermənistanın məqsədi danışıqlar prosesini tamamilə fiaskoya uğratmaqdır
İstixanalar borclarını ödəməyə başlayıb - "Azəriqaz"
Fransanın dövlət borcu rekord həddə çatıb
Romada ictimai nəqliyyat işçilərinin tətili - Şəhərdə hərəkət iflic olub
Deputat: Koronavirus qlobal pandemiya elan olunan ilk gündən Azərbaycanda məhz insanların sağlamlığı önə çəkildi
Sabah 33 dərəcəyədək isti olacaq
Azərbaycan nefti ucuzlaşdı
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 42,5 milyon manat ayrılıb - Sərəncam
Azərbaycan Prezidenti: Ermənistan müharibəyə hazırlaşır
Prezident İlham Əliyev: Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir
Prezident İlham Əliyev: Region daha təhlükəsiz bir məkana çevrilməyib, vəziyyət mənfi məcraya doğru gedir
Təhsil Nazirliyi xaricdə təhsil alan vətəndaşlara müraciət edib
Qazaxıstanlı politoloq: Azərbaycan türkdilli dünyanın qarşılıqlı münasibətlərində vacib halqadır
Suraxanıda 2 əl qumbarası tapılıb (FOTO)
İrandan gizli şəkildə 3 minə yaxın dərman keçirmək istədilər (FOTO/VİDEO)
Bütün xəbərlər