Bakı. Anaxanım Hidayətova - Trend:
Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupundan nümayəndə heyəti fevralın 19-u Bakıya səfər edəcək.
Trend-in məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib.
Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə keçirilən dəyirmi masada danışan səfir nümayəndə heyətinin səfərinin parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıdığını deyib.
Onun sözlərinə görə, millət vəkillərinin Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov və Milli Məclisin spikeri Oqtay Əsədovla görüşü planlaşdırılır.