Bakı. Orxan Quluzadə - Trend:
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməlidir.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş deyib.
N.Kurtulmuş qeyd edib ki, beynəlxalq ictimaiyyət 1992-ci il fevralın 26-da Xocalıda yaşanan qeyri-insani hərəkətlərə biganə qalmamalıdır.
Baş nazirin müavini Xocalı qətliamının ildönümü ilə bağlı açıqlamasında 25 il öncə Xocalıda erməni quldurları tərəfindən törədilən soyqırımı nifrətlə andığını vurğulayıb: "Unutmadıq, unutdurmayacağıq".
N.Kurtulmuş hər fürsətdə ermənilərin saxta iddialarının təbliğatını aparan Qərb dünyasının 20-ci ərsin ən vəhşi qətliamlarından biri olan Xocalı soyqırımına göz yumduğunu deyib:
"Azərbaycanlı qardaşlarımın ağrı-acısının bizim ağrı-acımız olduğunu xatırladır, Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirəm".