İranlı deputat Tehranda baş vermiş terror aktını insanların kor-koranə güllələnməsi adlandırıb

Tehran. Mehdi Sepahvənd, Elmira Tariverdiyeva - Trend:
Tehranda baş vermiş terror aktları insanların kor-koranə güllələnməsi idi.
Bunu Trend-ə İran parlamentinin tədqiqat mərkəzinin rəhbəri Kazım Cəlali deyib.
Onun sözlərinə görə, hazırda bütün dünya terror hücumları ilə üz-üzədir və buna qarşı hər hansı bir ciddi ümumi hazırlıq mövcud deyil.
Qeyd edək ki, bu gün Tehranda İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub. Terror aktları nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq