...

Səfir: Azərbaycan və İsveçrə münasibətlərin daha da təkmilləşdirilməsi üçün potensiala malikdir (ÖZƏL)

Siyasət Materials 1 Sentyabr 2017 14:05 (UTC +04:00)
Azərbaycan və İsveçrə münasibətlərin daha da təkmilləşdirilməsi üçün potensiala malikdir
Səfir: Azərbaycan və İsveçrə münasibətlərin daha da təkmilləşdirilməsi üçün potensiala malikdir (ÖZƏL)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan və İsveçrə münasibətlərin daha da təkmilləşdirilməsi üçün potensiala malikdir.

Bunu AzerNews-a və Trend-ə özəl müsahibəsində İsveçrənin Azərbaycandakı səfiri Filipp Stalder deyib

O qeyd edib ki, son 25 il ərzində iki ölkə dostluq və ümumi maraqlarla xarakterizə olunan sıx tərəfdaşlıq münasibətləri yaradıb.

Səfirin sözlərinə görə, Azərbaycan və İsveçrə arasında ikitərəfli münasibətlərin inkişafı üçün effektiv siyasi əsaslar mövcuddur:

“Azərbaycan Prezidenti İlham Əliyev daim Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davos şəhərinə səfər edir. Orada o, İsveçrə Prezidenti ilə görüşlər keçirir. Son illər ərzində İsveçrə dövlət başçısı Azərbaycana 3 dəfə rəsmi səfər edib”.

Bundan başqa, F.Stalder özünün Azərbaycandakı fəaliyyətindən danışıb:

“2015-ci ilin oktyabrında Azərbaycana gəldikdən sonra Bakıda və regionlarda nazirlər, millət vəkillərim və digər vəzifəli şəxslərlə görüşmüşəm. Fikrimcə, hər iki ölkə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və texniki əməkdaşlıq sahəsində münasibətlərimizin davam etdirilməsi üçün siyasi iradəyə malikdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti