...

Azər Həsrət: Azərbaycanın sabit və dayanıqlı ölkə olması antiazərbaycan qüvvələri hərəkətə keçirir (VİDEO)

Siyasət Materials 19 Sentyabr 2017 07:51 (UTC +04:00)
Azərbaycanın sabit və dayanıqlı bir ölkə olması anti-Azərbaycan qüvvələri hərəkətə keçirir
Azər Həsrət: Azərbaycanın sabit və dayanıqlı ölkə olması antiazərbaycan qüvvələri hərəkətə keçirir (VİDEO)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın sabit və dayanıqlı bir ölkə olması, dövləti idarə edənlərlə xalq arasında kimlərinsə arzu etdiyi uçurumun əmələ gəlməməsi, ölkəmizə qarşı illər ərzində aparılan dağıdıcılıq siyasətinin bəhrə verməməsi antiazərbaycan qüvvələri hərəkətə keçirir.

Trend-in məlumatına görə, bunu əməkdar jurnalist Azər Həsrət "Baku Network" Ekspert Şurasının regionda siyasi vəziyyətə həsr olunmuş müzakirələrində deyib.

A.Həsrət bildirib ki, qərbdə Azərbaycana qarşı yaxud da rəqib olan qüvvələr arasında iş birliyi yaranıb: "Bunların bir tərəfində təbii ki, ermənilər var. Ermənistan qonşuluqda torpaqlarını işğal etməsinə baxmayaraq bir dövlətin sürətlə inkişaf etməsinə dözə bilmir. Kənardan baxanda Ermənistan uduşlu vəziyyətdə görünür. Çünki torpaqlarımızı işğal edib və 25 ildir işğal altında saxlayır. Üstün görünür, amma o üstünlük əslinə qalanda Ermənistanın iflasıdır, həmin üstünlük Ermənistanı blokadaya salıb. Ona görə də Ermənistan qərbdəki qüvvələrlə iş birliyi çərçivəsində Azərbaycana qarşı qarayaxma kampaniyasının önündə gedir".

A.Həsrət vurğulayıb ki, ikinci tərəfdən Azərbaycan dövləti müstəqillik qazandığı gündən müstəqil siyasət yürüdür: "Ermənistan isə xarici dövlətin nəzarəti altındadır, heç bir müstəqil qərar qəbul edə bilmir, yəni faktiki olaraq kənardan idarə olunan, başqalarının diqtəsi ilə oturub durmağa məcbur edilən və özü də məcbur olan bir dövlətdir. Azərbaycana da xaricdən təsir göstərməyə çalışırlar, diqtə ilə nəyisə etdirməyə çalışırlar. Demokratikləşmə məsələləri, ifadə azadlığı, toplaşma azadlığı, iqtisadi azadlıq və s məsələləri bəhanə edərək Azərbaycanın üzərinə gəlirlər və göstərmək istəyirlər ki, burada nəsə var. Əvvəlki illərdə Azərbaycanda həmin qüvvələrin səsinə səs verən güclər var idi, amma dövrlər ölkədə aparılan siyasət, xüsusən də ölkənin iqtisadi durumunun yaxşılaşdırılması, ölkənin abadlaşdırılması istiqamətində atılan addımlar, yeni iş yerlərinin açılması, insanların rifah halının yüksəldilməsi hakimiyyət ilə xalq arasında bir zamanlar olan anlaşmazlıqları kənara itələyib. Ona görə də, Azərbaycanda oturub, xaricdən buranı qarışdırmaq istəyən qüvvələrə dəstək olanlar iflasa uğrayıblar. Bu dövlətlə bu cür oynamaq olmaz. Yəni Azərbaycan dövlətinin mənafelərinə zidd beynəlxalq kampaniyaların tərkib hissəsinə çevrilmək olmaz. O qüvvələrin destruktiv, ölkəni qarışdırmaq, bizi xaosa sürükləmək üçün atdığı addımlar fayda vermir, bundan sonra da verməyəcək".

http://bakunetwork.com

Əlaqə üçün Facebook, TwitterYoutube

Məqalədə:
Xəbər lenti

Xəbər lenti