...

Səfir: Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılması Türkiyənin başlıca hədəflərindən biridir

Siyasət Materials 30 Sentyabr 2017 13:33 (UTC +04:00)
Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılması Türkiyənin başlıca hədəflərindən biridir.
Səfir: Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılması Türkiyənin başlıca hədəflərindən biridir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılması Türkiyənin başlıca hədəflərindən biridir.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Trend-in əməkdaşının sualına cavab olaraq bildirib ki, ölkəsi Azərbaycanla münasibətlərin gücləndirilməsinə hər zaman önəm verib.

Səfir qeyd edib ki, Türkiyə bundan sonra da bu istiqamətdə ciddi addımlar atacaq:

“Biz Türkiyə olaraq, digər türkdilli ölkələrlə də münasibətlərimizin gücləndirilməsini hədəf götürmüşük. Bildiyiniz kimi, Türkiyə hökumətinin “Hədəf-2023” proqramı var. Bu proqram çərçivəsində əlaqələrimiz daha da möhkəmlənəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti