...

Azərbaycanla Qazaxıstan arasında məhbus mübadiləsi üzrə saziş yanvardan qüvvəyə minəcək

Siyasət Materials 14 Dekabr 2017 14:03 (UTC +04:00)
Qazaxıstanla Azərbaycan arasında azadlıqdan məhrum edilmiş şəxslərin təhvil verilməsi haqqında saziş 2018-ci ilin yanvarın 12-i qüvvəyə minəcək
Azərbaycanla Qazaxıstan arasında məhbus mübadiləsi üzrə saziş yanvardan qüvvəyə minəcək

Bakı. Əli Mustafayev - Trend:

Qazaxıstanla Azərbaycan arasında azadlıqdan məhrum edilmiş şəxslərin təhvil verilməsi haqqında saziş 2018-ci il yanvarın 12-də qüvvəyə minəcək.

Trend-in məlumatına görə, Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu məsələnin Qazaxıstan XİN rəhbərinin müavini Qalımjan Koyşıbayevlə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov arasında görüşdə müzakirə olunduğu barədə bildirib.

Görüş zamanı Qazaxıstanla Azərbaycan arasında azadlıqdan məhrum edilmiş şəxslərin 10 iyun 1997-ci ildən cəzanın qalan hissəsinin çəkilməsi üçün təhvil verilməsi haqqında sazişə dəyişikliklər barədə protokolun ratifikasiyası ilə bağlı etimadnamələrin mübadiləsi baş tutub.

Qeyd edək ki, bu sənəd 2007-ci il avqustun 7-də imzalanıb, 2013-cü il dekabrın 26-da ratifikasiya olunub.

Xəbər lenti

Xəbər lenti