...

XİN: Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün gələcəkdə də vasitəçilik köməyi göstərəcək

Siyasət Materials 22 Dekabr 2017 10:38 (UTC +04:00)
Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün gələcəkdə də vasitəçilik köməyi göstərəcək.
XİN: Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün gələcəkdə də vasitəçilik köməyi göstərəcək

Bakı. Trend:

Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün gələcəkdə də vasitəçilik köməyi göstərəcək.

Trend-in məlumatına görə, bunu "Moskva-Bakı" portalına 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlərin yekununu şərh edərkən Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və mətbuat departamentindən bildiriblər.

Nazirlikdən deyiblər ki, başa çatmaqda olan ildə Rusiya daxil olmaqla vasitəçilərin səyləri münaqişə tərəfləri arasında hərbi risklərin azaldılmasına və birbaşa dialoqun bərpa olunmasına yönəlib:

"Bu işin gözəçarpan nəticəsi oktyabrda Ermənistan-Azərbaycan sammitinin keçirilməsi oldu. Burada qoşunların təmas xəttində gərginliyin azaldılmasına kömək edəcək danışıqların prosesinin intensivləşdirilməsi və əlavə tədbirlərin görülməsi razılaşdırıldı. Biz prezidentlərin sammitdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə silsilə görüşlərdə fəal iştirak etməklə bağlı qərarını alqışlayırıq və tərəfləri vasitəçilərin təklifləri əsasında kompromislərin səmərəli axtarışına çağırırıq. Gələcəkdə də ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə həlli uzanan bu münaqişənin sülh yolu ilə nizamlanmasına vasitəçilik köməyi göstərəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti