Bakı. Elçin Mehdiyev - Trend:
Milli Məclisin deputatları Tahir Mirkişili və Kamran Nəbizadə Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin parlament üzvləri üçün ticarət siyasəti üzrə seminarda iştirak etmək üçün fevralın 12-dən 16-dək Avstriyada səfərdə olacaqlar.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) və Vyana Birgə institutunun təşkilatçılığı ilə baş tutacaq toplantıda ÜTT-nin regionlararası ticarətdə birbaşa rolu, yerli ticarət və razılaşmalarda çoxşaxəlilik, ticarət sahəsində qanunvericiliyin təkmilləşdirilməsində parlamentlərin rolu və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Millət vəkillərimiz müzakirə edilən məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.