...

Rusiyada seçkiləri izləyən MDB PA-nın nümayəndə heyəti: Prezident seçkiləri qanunvericiliyə uyğun aparılıb (FOTO)

Siyasət Materials 19 Mart 2018 11:11 (UTC +04:00)
Prezident seçkiləri qanunvericiliyə uyğun aparılıb.
Rusiyada seçkiləri izləyən MDB PA-nın nümayəndə heyəti: Prezident seçkiləri qanunvericiliyə uyğun aparılıb (FOTO)

Bakı. Trend:

MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərliyi ilə 18 mart 2018-ci il tarixində Rusiya Federasiyasında keçirilmiş prezident seçkilərinin gedişini izləmək üçün 16-18 mart 2018-ci il tarixlərində Moskva, Sankt-Peterburq və digər şəhərlərində səfərdə olub.

Trend-in məlumatına görə, MDB PA-nın müşahidəçilər qrupunun koordinatoru Z.Əsgərov və deputat Rauf Əliyev Moskvada seçki prosesini izləyiblər. Müşahidə qrupu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçov və Dövlət Duması sədrinin birinci müavini İvan Melnikovla görüşüblər. Müşahidə qrupunun koordinatoru Z.Əsgərov MDB Parlamentlərarası Assambleyasının Rusiya prezidentinin seçki prosesini izləməkdə iştirak etmək üçün dəvətə görə Dövlət Dumasına öz minnətdarlığını bildirib.

Müşahidəçi qrup prezidentliyə namizəd Pavel Qrudininin seçki qərargahının üzvü Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Dimitri Novikovla da görüşüb.

Müşahidə qrupunun üzvləri Moskva seçki komissiyasının işi ilə tanış olub, komissiyanın sədri Valentin Qorbunovla görüşüblər. Qrup üzvləri Rusiyanın ən böyük meqapolisi olan Moskvada təbliğat-təşviqat kampaniyasının və səsvermənin təşkilinin xüsusiyyətləri, ərazi və məntəqə seçki komissiyalarının formalaşması prosesi və məntəqə seçki komissiyalarının texniki vasitələrlə təchizatı ilə tanış olub.

Seçki günü Moskva şəhərinin bir neçə seçki məntəqələrində müşahidə aparan müşahidə qrupunun üzvləri seçki prosesinin Rusiya Federasiyasının Konstitusiyasına və seçki qanunvericiliyinə uyğun aparıldığını qeyd ediblər.

Xatırladaq ki, Rusiya prezidenti seçkilərində Vladimir Putin səslərin 76,66 faizini toplayaraq qələbə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti