...

İsrailli mer müavini: Azərbaycanla İsrail arasında münasibətlər daha da inkişaf edəcək

Siyasət Materials 23 Mart 2018 15:36 (UTC +04:00)
Azərbaycanla İsrail arasında dostluq hər il möhkəmlənir.
İsrailli mer müavini: Azərbaycanla İsrail arasında münasibətlər daha da inkişaf edəcək

Bakı. Trend:

Azərbaycanla İsrail arasında dostluq hər il möhkəmlənir.

Trend-in məlumatına görə, bunu İsrailin STMEGI portalına müsahibəsində Akko şəhər merinin birinci müavini, Yəhudi Milli Fondunun vitse-prezidenti Zeev Noyman deyib.

O qeyd edib ki, Azərbaycan-İsrail münasibətlərinin indiki səviyyəsindən məmnundur:

“Mən görürəm ki, Azərbaycanla İsrail arasında dostluq hər il möhkəmlənir. Heç bir şübhə yoxdur ki, iki ölkə arasındakı münasibətlər daha da genişlənəcək və dərinləşəcək. Fürsətdən istifadə edərək Azərbaycan və İsrail xalqlarını Novruz və Pasxa bayramları ilə bağlı təbrik edirəm”.

Z.Noymanın sözlərinə görə, Azərbaycandan gələnlər daha çox İsrail həyatına uyğunlaşıb:

“Bir çox şəhər merlərinin müavinləri, şəhər şuralarının üzvləri Azərbaycandan gələnlərdir. Azərbaycandan gələnlər arasında İsrail çempionu və professorlar, şair və fotoqraflar, musiqiçilər və ictimai xadimlər var. Əminəm ki, Azərbaycandan gələnlərin inteqrə olmadığı sahə mövcud deyil”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti