• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Siyasət

XİN: Şimali Koreya xarici işlər nazirinin Azərbaycana səfəri gözlənilir

3 Aprel 2018 16:23 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Ləman Zeynalova - Trend:

Koreya Xalq Demokratik Respublikasının xarici işlər nazirinin Azərbaycana səfəri gözlənilir.

Bunu Trend-in Qoşulmama Hərəkatının nazirlər toplantısında Şimali Koreya xarici işlər nazirinin iştirakı barədə sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev xatırladıb ki, 5-6 aprel 2018-ci il tarixində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı Bakıda keçiriləcək. Nazirlər konfransına hazırlıq məqsədilə 3-4 aprel 2018-ci il tarixində yüksək vəzifəli məmurlar səviyyəsində iclas keçirilir:

"Konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar iştirak edəcəklər. Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama hərəkatı yanında müşahidəçi statusuna malikdir".

XİN rəsmisi deyib ki, 5-6 aprel tarixlərində keçiriləcək Qoşulmama Hərəkatı nazirlər toplantısında hərəkata üzv olan ölkələrin xarici işlər nazirləri, o cümlədən üzv dövlət kimi Koreya Xalq Demokratik Respublikasının da xarici işlər nazirinin iştirakı gözlənilir:

"Həmçinin, nazirlər toplantısında BMT-nin Baş Assambleyasının prezidenti Miroslav Layçak və digər beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirakı nəzərdə tutulub".

H.Hacıyev qeyd edib ki, BMT Baş Assambleyasından sonra Qoşulmama Hərəkatı dünya dövlətlərini birləşdirən ən böyük platformadır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Koreya Xalq Demokratik Respublikası
  • Azərbaycan XİN
Digər xəbərlər
Azərbaycan XİN Ukraynada yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib
Siyasət 8 Dekabr 14:41
ABŞ-ın Azərbaycandakı səfiri XİN-ə çağırılıb
Siyasət 1 Noyabr 22:17
XİN: Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ciddi zərbə vurur
Siyasət 2 Sentyabr 22:15
Azərbaycan XİN ABŞ-da atışmalar zamanı ölənlərin ailələrinə başsağlığı verib
Siyasət 4 Avqust 15:28
XİN: Ermənistanın bu kimi təxribatçı əməllərinə müvafiq şəkildə cavab vermək hüququnu Azərbaycan özündə saxlayır
Siyasət 26 İyul 14:52
Tramp yaxın zamanda Kim Çen Inla görüşməyə hazırdır
Hadisə 29 İyun 03:26
Xəbər lenti
Dekabrın 11-nə manatın məzənnəsi
İqtisadiyyat 17:10
Azercell ilə dahi Nəsimininin irsindən zövq alın (VİDEO)
Cəmiyyət 17:05
YAP Xəzər rayon təşkilatı qadın seçicilərlə görüş keçirib (FOTO)
Cəmiyyət 16:57
Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi
Nəzər nöqtəsi 16:49
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilib (FOTO)
Siyasət 16:41
Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib
Siyasət 16:35
Azərbaycan-Pakistan Birgə Komissiyasının tərkibində dəyişiklik edilib
Siyasət 16:31
Türkiyə Liviyaya hərbi kontingent göndərə bilər
Dünya xəbərləri 16:22
Yanğında 13 nəfərə yardım göstərilib, 4-ü tüstüdən zəhərlənib - RƏSMİ
Hadisə 16:14
Ən çox oxunanlar
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
Bakıda ticarət mərkəzi yanır (FOTO/VİDEO)
Bakıda gölməçədə avtomobil batıb
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib
Nəzər nöqtəsi
Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi

Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi

Heydər Əliyev – xalqın ehtiram ünvanı
Politoloq: Azərbaycanla Rusiya arasında bütün sahələr üzrə əməkdaşlıq mövcuddur (VİDEO)
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri