...

Fransada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib (FOTO)

Siyasət Materials 30 May 2018 21:30 (UTC +04:00)
Fransada Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunan silsilə tədbirlər həyata keçirir
Fransada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib (FOTO)

Bakı. Trend:

Fransada fəaliyyət göstərən Azərbaycan Dostları Assosiasiyası, il ərzində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunan silsilə tədbirlər həyata keçirir.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, assosiasiya Fransa-Qafqaz Dostluq Birliyinin prezidenti, Kot-d-Or regionunun Senatoru Alen Uper, Fransa Parlamentinin sabiq üzvü, Azərbaycan Dostları Assosiasiyasının prezidenti, Jan-Frasua Manselin təşəbbüsü, bu ölkədəki səfirliyimizin dəstəyi ilə Fransa Senatında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” adlı debat-konfrans təşkil edib. Tədbir Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin təqdimatı ilə başlayıb. Səfir təqdimatında Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, fəaliyyət dövrü və yaradıcıları barədə konfrans iştirakçılarına geniş məlumat verib.

Sosial elmlər üzrə ali təhsil Məktəbinin professoru Jorj Mamulia Azərbaycan Milli Azadlıq hərəkatından bəhs edərək, Azərbaycanı istiqlaliyyətə aparan bu mübarizə yollarının çox çətin olduğunu bildirib. O, 1905-ci ildə ermənilərin bolşevik quvvələrin dəstəyi ilə azərbaycanlılara qarşı törətdikləri soyqırım törədilməsinə, davamlı bolşevik təzyiqinə baxmayaraq 1918-ci ildə Şərq dünyasında ilk dəfə olaraq bünövrəsi qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və yeni respublikanın tanınması üçün Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Avropaya etdiyi səfərdən danışıb.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin bünövrəsinin dünyəvilik prinspləri əsasında qoyulduğunu qeyd edərək o zamandan qadınlara səsvermə hüququ verən Azərbaycanın regionda və İslam dünyasında tolerant, multikulturalizm ənənələrinə sadiq qalan bir ölkə kimi nümunə olduğunu bildirib.

Ali təhsil üzrə praktiki Məktəbin tədris direktoru Jil Otier o dövrdə milli azlıqların güclü gonşu ölkələrin təsiri olmasına baxmayarag öz mədəniyyətini, dilini, adət-ənənəsini, milli mənsubiyyətini qoruyub saxlamaq üçün daim mübarizə apardıqlarından bəhs edib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bu regionda yaşayan milli azlıqların öz dillərini və mədəniyyətlərini yaşada bilmələri üçün şərait yarandığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti