...

Deputat: Azərbaycan-İsrail münasibətləri bundan sonra da inkişaf edəcək

Siyasət Materials 19 İyun 2018 12:43 (UTC +04:00)
Azərbaycanla İsrail arasında münasibətlər bundan sonra da inkişaf edəcək.
Deputat: Azərbaycan-İsrail münasibətləri bundan sonra da inkişaf edəcək

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanla İsrail arasında münasibətlər bundan sonra da inkişaf edəcək.

Trend-in məlumatına görə, bunu İsrailin Tirat Karmel şəhərinin Şəhər Şurasının deputatı, Bakıda doğulub böyümüş Aviran Mişiev deyib.

A.Mişiev öz kökləri ilə qürur duyduğunu vurğulayıb: “Bizim dəyərlərimiz eynidir: şəffaflıq, demokratiya, multikulturalizm, tolerantlıq. Biz bu dəyərlərə söykənərək həm ölkələrimiz, həm də xalqlarımız arasında münasibətləri daha da yaxınlaşdıra bilərik”.

Deputat qeyd edib ki, Tirat Karmelin Azərbaycandan gəlmiş sakinləri yerli sakinlərə Azərbaycan haqqında məlumatlar verir:

"Artıq İsraildə başa düşürlər ki, Avropa ölkələri ilə rəqabət apara biləcək daha bir kurort ölkəsi mövcuddur. Yerli sakinlər getdikcə Azərbaycana daha çox turistik maraq göstərir, turist səfərləri sifariş edirlər. Bakı gələcəyin şəhəridir və onu nahaq yerə “Avropanın Dubayı” adlandırmırlar. Hakimiyyətdə istedadlı və uzaqgörən siyasətçilər yer alır və onlar Bakını gözəl və texnoloji cəhətdən zəngin şəhərə çevirirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti