Bakı. Elçin Mehdiyev - Trend:
Bir sıra ölkələrin parlament rəhbərləri Azərbaycana dəvət olunub.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Trend-ə bildirib ki, spikerlər sentyabrın 20-də Milli Məclisin yaranmasının 100 illik yubileyi ilə əlaqədar parlamentin xüsusi iclasında iştirak etmək üçün dəvət edilib.
A.Təvəkküloğlu qeyd edib ki, bundan sonra da bir sıra ölkələrin parlament rəhbərlərinə dəvətnamələr göndəriləcək:
“Yəni proses hələ davam edir. Hansı ölkələrin parlament spikerlərinin gəlib-gəlməyəcəyi barədə indidən nəsə demək çətindir”.
Parlament rəsmisi vurğulayıb ki, hazırlıq prosesi yekunlaşdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək.