...

Deputat: Azərbaycan cəmiyyəti inkişaf üçün perspektivlər vəd etməyən heç bir sosial-siyasi aksiyanı dəstəkləmir

Siyasət Materials 17 Noyabr 2018 22:01 (UTC +04:00)
Milli Şura adlanan qurum və AXCP-nin Milli Dirçəliş Günü ilə bağlı keçirmək istədiyi qanunsuz aksiya baş tutmadı.
Deputat: Azərbaycan cəmiyyəti inkişaf üçün perspektivlər vəd etməyən heç bir sosial-siyasi aksiyanı dəstəkləmir

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Şura adlanan qurum və AXCP-nin Milli Dirçəliş Günü ilə bağlı keçirmək istədiyi qanunsuz aksiya baş tutmadı. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu tipli aksiyaların keçirilməsi ilə bağlı cəmiyyətin sosial sifarişi yoxdur: "Azərbaycan cəmiyyəti kifayət qədər yetkin cəmiyyətdir və milli maraqlarla izah edilə bilməyən və inkişaf üçün perspektivlər vəd etməyən heç bir sosial-siyasi aksiyanı dəstəkləmir".

Deputat bildirib ki, aksiyanın keçirilməsində məqsəd Milli Dirçəliş Günü deyil, radikal müxalifətin özünüxatırlatma və gündəmdə qalma cəhdidir və belə aksiya müəyyən məqsədlərə xidmət etdiyi və sabitliyi pozma cəhdləri kimi qiymətləndirildiyi üçün əsla dəstək görmədi:

"Marginal radikal qruplar əslində bu aksiya vasitəsilə polislə süni qarşıdurma yaratmaq, hakimiyyətə qarşı yeni ittiham hədəfləri əldə etmək niyyəti güdürdülər. Ancaq hüquq-mühafizə orqanları onların qarşısını aldı və radikalların Şəhidlər xiyabanı kimi müqəddəs ziyarətgahımızı siyasi spekuliyasiya meydanına çevirməsinə imkan vermədi. Bu gün Azərbaycan cəmiyyəti özünün inkişaf dövrünü yaşayır və süni gündəm yaratmaqla onun maraqlarını manipuliyasiya etmək mümkün deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti