...

Fikrət Sadıqov: Rusiya Saakyanın öz ərazisinə şübhəli səfərlərinin qarşısını almalıdır

Siyasət Materials 27 Noyabr 2018 20:53 (UTC +04:00)
Azərbaycanı işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin “rəhbəri”nin Rusiyaya daxil olmasına icazə verilməsi bu ölkənin ATƏT Minsk qrupunun həmsədri qismində vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir
Fikrət Sadıqov: Rusiya Saakyanın öz ərazisinə şübhəli səfərlərinin qarşısını almalıdır

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin “rəhbəri”nin Rusiyaya daxil olmasına icazə verilməsi bu ölkənin ATƏT Minsk qrupunun həmsədri qismində vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir.

Bunu Trend-ə azərbaycanlı politoloq, sabiq diplomat Fikrət Sadıqov deyib.

Fikrət Sadıqovun sözlərinə görə, bu fakt Dağlıq Qarabağ nizamlanmasına mənfi təsir göstərir:

“Eyni zamanda bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin normativ-hüquqi bazası ilə ziddiyyət təşkil edir. Bildiyimiz kimi, Rusiya ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik barədə saziş mövcuddur. Bu sənədə əsasən tərəflər separatçı hərəkatları dəstəkləməməyi, eləcə də ayrı-ayrı şəxslərin digər ölkənin dövlət suverenliyi, ərazi bütövlüyünə yönəlmiş fəaliyyətlərinin qarşısının alınması ilə bağlı öhdəlik götürüb. Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarı kimi Bako Saakyanın öz ərazisinə şübhəli səfərlərinin qarşısını almalıdır”.

F.Sadıqov işğal olunmuş Qarabağda qondarma “dövlətin” “rəhbəri”nin danışıqlar prosesində vasitəçiik öhdəliyi götürmüş ölkələrin hər birinə səfərini qəbulolunmaz adlandırıb:

“Bako Saakyanın ATƏT Minsk qrupu ölkələrinə qanunsuz səfərləri münaqişənin nizamlanmasına qarşı yönəlib, çünki beynəlxalq hüququn norma və prinsiplərini pozur və eyni zamanda danışıqlar prosesinə cəlb olunan ölkələrin vasitəçilik səylərini şübhə altına alır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti