...

İƏT baş katibi Elşad İskəndərova təşəkkür edib (FOTO)

Siyasət Materials 4 Dekabr 2018 16:40 (UTC +04:00)
İƏT baş katibi səfir Elşad İskəndərovu İƏT Gənclər Forumunun sədri səlahiyyətlərinin başa çatması münasibətilə qəbul edib.
İƏT baş katibi Elşad İskəndərova təşəkkür edib (FOTO)

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Dr. Yusif bin Əhməd Əl-Useymin bu gün İƏT-in Ciddədəki Baş Qərargahında səfir Elşad İskəndərovu İƏT Gənclər Forumunun sədri səlahiyyətlərinin başa çatması münasibətilə qəbul edib.

İƏT Gənclər Forumunun Bakı ofisindən Trend-ə verilən məlumata görə, görüşdə E.İskəndərovun İƏT Gənclər Forumunun qurucusu və son 4 ildə Forumun sədri kimi fəaliyyətlərini yüksək qiymətləndirən İƏT Baş Katibi həmçinin İƏT Gənclik Strategiyası, İƏT Gənclik Paytaxtları, İƏT Modeli kimi layihələrin, İƏT Gənclər Forumunun beynəlxalq sülh, İslam həmrəyliyi və mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş fəaliyyətlərin uğurla həyata keçirilməsində şəxsi səy və əməyinə görə Azərbaycanlı diplomata İƏT adından səmimi təşəkkürünü bildirdi.

Azərbaycan Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiri vəzifəsinə təyin olunması münasibətilə Elşad İskəndərovu təbrik edən Baş Katib Əl-Useymin, bunu Azərbaycanın İƏT və İƏT qurumları ilə əməkdaşlığına verdiyi yüksək qiymət kimi qiymətləndirmişdir. Azərbaycanın İƏT üçün vacib ölkə olduğunu qeyd edən İƏT Baş Katibi, İƏT Gənclər Forumunun təşkilatın Məşvərət Şurasına yaxın 2 ildə azərbaycanlı diplomatın sədrlik edəcəyi haqqında qərarını məmnunluqla qarşıladığını və hər iki sahədə onunla əməkdaşlığa hazır olduqlarını bildirmişdir.

İƏT Baş Katibinə xoş sözlərinə görə təşəkkürünü bildirən E.İskəndərov, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin İslam həmrəyliyinin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verdiyini, bu səpkidə Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsinə əməli töfhələr verdiyini vurğulamış və bundan sonrakı fəaliyyətində bu strateji xəttin gücləndirilməsi üçün təcrübə və bacarığını əsirgəməyəciyini bildirmişdir. Səfir İskəndərov xüsusilə bildirmişdir ki, ölkəmiz İƏT-də Baş Katibin təşəbbüsü ilə başlamış islahat prosesini dəstəkləyir, bu prosesin tezliklə aparılmasını və onun nəticəsində qurumun daha çevik, müasir dünyanın sürətlə dəyişən çağırışlarına adekvat cavab verə biləcək, üzvlərinin maraqlarını maksimal şəkildə müdafiə edəcək təşkilat olmasını dəstkləyir.

Görüşdə həmçinin İƏT Gənclər Forumunun 3-cü Baş Assambleyasında Forumun rəhbər vəzfələrinə seçilmiş Azərbaycan təmsilçiləri – Forumun Baş Direktoru Rəsul Ömərovu və Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin Baş Direktoru Elməddin Mehdiyev İƏT Baş Katibinə təqdim edildilər.

Görüşün sonunda İƏT Baş katibi E.İskəndərova İƏT Gənclər Forumunun təşkilatlanması və İƏT gənclərinin inkişafl sahəsində uzun müddətli səmərəli fəaliyyətinə görə İƏT-nin xüsusi fəxri nişanını təqdim etdi.

Xatırladaq ki, 22-24 oktyabr 2018-ci ildə İƏT Gənclər Forumunun İstanbulda keçirilən 3-cü Baş Assambleyasında səlahiyyət müddəti başa çatan səfir Elşad İskəndərov Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İƏT və İƏT qurumları ilə əməkdaşlığına məsul Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifsinə təyin olunmuşdur. Eyni zamanda E.İskəndərov Baş Assambleyanın qərarına əsasən qurumun İƏT üzv ölkləri hökümətləri ilə fəaliyyətlərini əlaqələndirəcək Məşvərət Şurasının sədri vəzifəsinə də təyin edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti