...

Politoloq: Azərbaycan-Rusiya münasibətləri əsrlərdən gəlir və uzaq perspektivləri var

Siyasət Materials 30 Yanvar 2019 21:01 (UTC +04:00)
Bu gün söhbət bu münasibətlərin hazırki reallıqlar fonunda optimallaşdırılması və yeni məzmunlarla zənginləşdirilməsindən gedir.
Politoloq: Azərbaycan-Rusiya münasibətləri əsrlərdən gəlir və uzaq perspektivləri var

Bakı. Trend:

Azərbaycan-Rusiya münasibətləri əsrlərdən gəlir və uzaq perspektivləri var, bu gün söhbət bu münasibətlərin hazırki reallıqlar fonunda optimallaşdırılması və yeni məzmunlarla zənginləşdirilməsindən gedir.

Bunu Trend İnformasiya Agentliyinin mətbuat mərkəzində keçirilmiş “Rusiya-Azərbaycan: 2019-cu il üçün gündəlik” Moskva-Bakı telekörpüsü zamanı azərbaycanlı politoloq İlqar Vəlizadə deyib.

Ekspert qeyd edib ki, ötən il ərzində Azərbaycanla Rusiya arasında regionlararası əməkdaşlıq fəal inkişaf edib:

"Xüsusilə də, Azərbaycana Həştərxan vilayətinin və Şimali Qafqaz regionlarının nümayəndə heyətləri səfər edib. Azərbaycanlı rəsmi şəxslər də Rusiyanın bir sıra vacib şəhərlərində olub".

Politoloq əlavə edib ki, təkcə 2018-ci il ərzində regionlararası əməkdaşlığın intensivləşməsi bir sıra yeni birgə layihələrin yaranmasına gətirib çıxardı:

"Azərbaycanlı investorlar Şimali Qafqaz, Aşağı Volqayanı regionlarının infrastrukturuna investisiya yatırmağa maraq göstərməyə başladılar. Rusiya tərəfi, öz növbəsində Azərbaycanın nəqliyyat infrastrukturunun istifadə olunmasına maraq göstərdi".

Ekspert bildirib ki, bu müddət ərzində həmçinin Osetiyada Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə məscidin restavrasiyası prosesi həyata keçirilib:

"Azərbaycan və Rusiya yüksək texnologiya sahələrini inkişaf etdirməlidir. Bizdə neftlə bağlı elm kifayət qədər inkişaf edib. "Rosneft" və SOCAR üçüncü ölkələrin bazarlarında əməkdaşlıq barədə saziş imzalayıb və hazırda marketinq işləri aparılır".

İ.Vəlizadə əlavə edib ki, bütün bunlar ikitərəfli əməkdaşlığı konkret nümunələrlə zənginləşdirir: "Fikrimcə, bütün bu trendlər yaxın zamanlarda təkmilləşəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti