Bakı. Samir Əli - Trend:
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi zamanı girovluqda saxlanılaraq sonradan azad olunan şəxslərin sayını açıqlayıb.
Trend-in məlumatına görə, 1992-ci ildən bəri təqribən 700 nəfər Azərbaycan və Ermənistan tərəflərinə qaytarılıb.
Girovluqdan azad edilənlər arasında hərbçilərlə yanaşı, mülki şəxslər də olub.