Bakı. Trend:
Aprelin 29-da Xorvatiyanın Baş nazirinin müavini, xarici və Avropa əlaqələri naziri Mariya Peyçinoviç-Buriçin Bakıya rəsmi səfəri planlaşdırılır.
Xorvatiyanın Azərbaycandakı səfirliyindən Trend-ə özəl olaraq verilən məlumata görə, nazir Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə birgə Xorvatiya-Azərbaycan biznes forumunda iştirak edəcək.
Daha sonra xorvatiyalı nazir Xorvatiyanın Bakıdakı səfirliyinin açılış mərasiminə qatılacaq.