...

Deputat: Sumqayıtda şin zavodunun inşası yüzlərlə yeni iş yeri və o sayda ailənin daimi gəlirlə təmin edilməsi deməkdir

Siyasət Materials 27 Aprel 2019 10:52 (UTC +04:00)
Sumqayıtda yeni şin zavodunun inşası sayəsində Azərbaycan müəyyən şinləri xaricdən almayacaq, beləliklə də bu, müəyyən əhəmiyyətli həcmdə xarici valyutanın ölkəmizdə qalmasına səbəb olacaq.
Deputat: Sumqayıtda şin zavodunun inşası yüzlərlə yeni iş yeri və o sayda ailənin daimi gəlirlə təmin edilməsi deməkdir

Bakı. İlhamə İsabalayeva - Trend:

Sumqayıtda yeni şin zavodunun inşası sayəsində Azərbaycan müəyyən şinləri xaricdən almayacaq, beləliklə də bu, müəyyən əhəmiyyətli həcmdə xarici valyutanın ölkəmizdə qalmasına səbəb olacaq.

Trend-in məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, zavodun istehsal etdiyi hazır şin məhsulları xaricə satılacaq. Bu isə ölkəyə yüz milyonlarla valyutanın gəlməsi deməkdir.

A.Mirzəzadə hesab edir ki, büdcəyə əlavə vəsait daxil olacaq, beləliklə də gələcəkdə növbəti dəfə əməkhaqqıların və təqaüdlərin artması mümkün olacaq.

Deputat əlavə edib ki, gözlədiyinin əksinə olaraq, Sumqayıtda şin zavodunun inşası xəbəri mətbuatda gündəm mövzusuya çevrilmədi, xəbər sadə bir rəsmi xəbər kimi dərc edildi:

"Bu günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Çində ikinci "Bir kəmər - bir yol" beynəlxalq forumunda iştirak etdi. Forum çərçivəsində Cin rəhbərliyi ilə görüşlər keçirildi və Çinlə Azərbaycan arasında çox sayda mühüm sənədlər imzalandı. Sənədlər arasında Sumqayıt şəhərində Çinlə birgə şin zavodunun inşası barəsində razılaşma da vardır. Gözlədiyimin əksinə olaraq bu xəbər gündəm mövzusuna çevrilmədi, sadə bir rəsmi xəbər kimi getdi. Məgər bu vacib iqtisadi xəbər saytların, sosial şəbəkənin vacib bir xəbəri kimi günlərlə müzakirə ediləsi mövzu yükündə deyildimi? Sumqayıtda yeni şin zavodunun inşası niyə gündəm mövzusuna çevrilmədi? Nədən belə əhəmiyyətli xəbər minlərlə layk toplamadı, minlərlə paylaşım edilmədi? Məgər Azərbaycanda şin zavodunun tikintisi o qədərmi diqqət ediləsi məsələ deyil? Bu zavodun tikintisi, yüzlərlə yeni iş yerinin açılması və o sayda ailənin daimi gəlirlə təmin edilməsi deməkdir. Rəsmi bir xəbərin arxasında çox böyük bir nəticələr olacaq. Sumqayıtda şin zavodunun tikintisini adi bir xəbər deyildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti